
Ərzaq bazarını dövlət tənzimləyəcək
Ərzaq bazarını dövlət tənzimləyəcək
Yusif Nəzərli
08:34 30.11.2022
İqtisadiyyat
482
Budəfəki dəyişiklik istehlakçıların xeyrinədir
Azərbaycanda ərzaq bazarı dövlət tərəfindən tənzimlənəcək.
Bununla bağlı “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanuna dəyişiklik edilir. Qanuna yeni "Ərzaq bazarının dövlət tənzimlənməsi" adlı maddə əlavə olunur. Yeni maddəyə əsasən, əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı zəruri tədbirlərin hazırlanıb həyata keçirilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən hər il müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada ərzaq balansı tərtib olunur.
Ərzaq balansının tərtibi üçün fermerlər və tədarükçülər tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalı, habelə həmin məhsulların yetişdirildiyi istixanalar, saxlanıldığı soyuducu anbarlar və taxıl elevatorları barədə aylıq məlumatlar növbəti ayın 10-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində müəyyən edilmiş formada həmin sistemə daxil edilməlidir.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydada müəyyən edilmiş məhsullara dair məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) ərzaq balansının tərtibi ilə bağlı ildə bir dəfə verilən yazılı sorğusuna əsasən, ərzaq məhsullarının istehsalı, emalı, saxlanılması, idxalı, ixracı və satışı sahəsində fəaliyyət göstərən subyektlər 15 iş günü müddətində təqdim etməlidirlər.
Qanunun 31.2-ci və 31.3-cü maddələrində müəyyən edilmiş məlumatları təqdim etməyən şəxslər qanunla müəyyən edilmiş qaydada inzibati məsuliyyətə cəlb olunurlar.
Ərzaq bazarının dövlət tənzimlənməsi iqtisadi yollarla həyata keçirilir və aşağıdakıları nəzərdə tutur:
1. qida məhsulları istehsalının stimullaşdırılması, minimum keyfiyyət göstəricilərinin normallaşdırılması və sertifikatlaşdırılması;
2. qida zəncirində fəaliyyətin uçotu və nizamlanması;
3. ərzaq bazarında azad rəqabətin inkişaf etdirilməsi, haqsız rəqabətə yol verilməməsi və yerli istehsalçıların hüquq və mənafelərinin qorunması;
4. istehsalçıdan istehlakçılara çatdırılana qədər qida məhsullarının minimum keyfiyyətinə və təhlükəsizliyinə nəzarət;
5. ərzaq proqramlarının hazırlanmasının və həyata keçirilməsinin xarici sərmayələr də cəlb edilməklə maliyyələşdirilməsi.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Şərq”ə açıqlamasında deyib ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanun 1995-ci ildə qəbul olunub. Sonradan qanuna edilən əlavə və dəyişikliklərin heç biri istehlakçıların xeyrinə olmayıb. Bu barədə dövlət orqanlarına dəfələrlə müraciət edib qanunun dəyişdirilməsinin, ən azı müəyyən əlavə və dəyişikliklərin edilməsi zərurətini qeyd etmişik:
“Budəfəki dəyişiklik isə istehlakçıların xeyrinədir. Burada diqqət çəkən məsələ həm ərzaq təhlükəsizliyi, həm də ərzağın təhlükəsizliyi, yəni keyfiyyətinin yüksəldilməsi ilə bağlı müddəaların nəzərdə tutulmasıdır. Düşünürəm ki, artıq hökumət öz proqnozunu verə biləcək. Bilirsiniz ki, ərzaq təhlükəsizliyi müəyyən keyfiyyət standartları çərçivəsində əhalinin qida məhsullarına olan tələbatının fasiləsiz, uzunmüddətli və dayanıqlı şəkildə ödənilməsini təmin edən tədbirlər kompleksidir. Əhalinin təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi, ərzaq təminatı sisteminin institusional inkişafının həyata keçirilməsi, sahibkarlıq mühitinin yaxşılaşdırılması və digər istiqamətlərdə real tədbirlər görülməlidir. Növbəti ildən hökumətin idxal siyasəti necə olacaq, rüsumlar necə tənzimlənəcək, o cümlədən istehsal olunan malların miqdarı, növü barədə əvvəlcədən konkret proqnozlar müyyən ediləcək”.
AİB sədrinin sözlərinə görə, ərzağın keyfiyyətinə də xüsusi diqqət ayrılması sevindirici haldır:
“İllərdir bu sahə nəzarətdən kənar qalıb. Qida Təhlükəsizliyi Agentliyi yaradılsa da, bu qurum ərzağın keyfiyyətinə yox, təhlükəsizliyinə nəzarət funksiyasını yerinə yetirir. Təhlükəsiz qida isə hələ keyfiyyətli qida demək deyil.
Qiymət artımı prosesində biznes qurumları vəziyyətdən sui-istifadə edərək qiyməti nisbətən bazara uyğun saxlamaq üçün keyfiyyəti aşağı salırlar. Ona görə də sözügedən dəyişiklikdə keyfiyyət məsələsinin önə çəkilməsini təqdirəlayiq hal hesab edirəm. Bu çox vacib amildir. Yaxşı olar ki, qida təhlükəsizliyi institutu və standartlaşdırma qurumları əlbir olaraq ərzağın keyfiyyətinə xüsusi diqqət etsinlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əhməd Davudoğlu siyasətdən getdiyini açıqlayıb
22:34 29.07.2026
Gündəm
"Lobbilər ABŞ-Türkiyə münasibətlərini hədəfə alıb" - Ali Satan
21:33 29.07.2026
Gündəm
İran Ukraynaya cavab versə, böyük diplomatik səhv olar - Politoloq
21:18 29.07.2026
Gündəm
Qazaxıstan və ABŞ strateji tərəfdaşlığı müzakirə edib
21:05 29.07.2026
Dünya
Ukrayna Rusiya ərazilərinə bu yolla zərbələr endirib - FT
20:53 29.07.2026
Dünya
Azərbaycan Peru Prezidentinin andiçmə mərasimində təmsil olunub
20:22 29.07.2026
Siyasət
Esmira Cəfərova Macarıstana səfir təyin edilib
20:09 29.07.2026
Rəsmi
Brahim Diaz "Milan"a qayıda bilər
20:02 29.07.2026
Futbol
AKP 25 illik yubiley loqosunu təqdim etdi
19:25 29.07.2026
Gündəm
ABŞ-nin neft ehtiyatları 7,2 milyon barel azalıb
19:15 29.07.2026
İqtisadiyyat
İran KİV: ABŞ-Səudiyyə zərbələri nəticəsində 4 SEPAH hərbçisi ölüb
19:07 29.07.2026
Dünya
İstanbulda rus turisti küçədə təqib edən şəxs saxlanıldı
18:58 29.07.2026
Hadisə
Netanyahu Zelenski ilə görüşdən imtina etdi
18:40 29.07.2026
Dünya
Yaponiyada 5,4 bal gücündə təkrar zəlzələ baş verib
18:18 29.07.2026
Dünya