Ətin qiyməti bahalaşa bilər
20:10 29.09.2021
İqtisadiyyat
1046
Qarabağ zonasında heyvandarlıq tezliklə inkişaf etdirilməlidir
Azərbaycandan Türkiyəyə diri heyvan və heyvan məhsullarının ixrac imkanları ilə bağlı müzakirə olunub. Bu barədə müzakirələr Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə rəsmi səfəri çərçivəsində bu ölkənin kənd təsərrüfatı və meşəçilik naziri ilə görüşündə aparılıb.
Görüş çərçivəsində qida təhlükəsizliyi sahəsində iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsi, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq üzrə Saziş”in və “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında bitki mühafizəsi və karantini sahəsində əməkdaşlıq üzrə Saziş”in imzalanması prosesinin sürətləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Türkiyənin Kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli qeyd edib ki, Azərbaycan və Türkiyə arasında qida və kənd təsərrüfatı məhsulları üzrə ticarət əlaqələrinin genişləndirilməsi məqsədilə iki ölkənin müvafiq qurumları arasında səmərəli əməkdaşlıq qurulub.
Bəs, bu əməkdaşlıq ət məhsullarının qiymətinin artımına səbəb olacaqmı?
Mövzu ilə bağlı iqtisadçı-ekspert Rauf Qarayev "Şərq"ə açıqlamasında bildirib ki, Qarabağ zonasında heyvandarlıq tezliklə inkişaf edərsə, o zaman Azərbaycanda ətin qiymətində artım olmayacaq. Ekspert qeyd edib ki, ancaq indiki vəziyyətdə Türkiyəyə diri heyvan və heyvan məhsulları ixrac edilərsə, o zaman ətin qiyməti kəskin şəkildə qalxa bilər:
"Üstəlik, yerli ət bazarında məhsul qıtlığı yaranacaq. Bu isə qiymətlərin artım tempini sürətləndirəcək. Amma ümumən götürsək, Azərbaycan ildə xeyli ət məhsulu ixrac edə bilər. Əgər ölkə üzrə müəyyən heyvandarlıq sahəsi üçün ucuz yem tədarükü məntəqələri açılarsa, təbii ki, qiymət artımı baş verməyəcək. Ancaq əks halda qiymət artımı qaçılmazdır".
Aynurə
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
04:14 27.10.2026
Maraqlı
Bir daha evlənməyəcəyini açıqladı
03:33 27.10.2026
Şou
Yaşlı insanlarda bu vitamin qrupu kəskin defisitdədir
02:58 27.10.2026
Sağlamlıq
"Microsoft" 60 mindən çox işçisini ixtisar etmək istəyir
02:22 27.10.2026
Texnologiya
Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib
01:33 27.10.2026
Futbol
Sabah bu ərazidə qaz olmayacaq
01:11 27.10.2026
Cəmiyyət
Pezeşkan Rusiyaya səfər etdi
00:25 27.10.2026
Region
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
23:28 26.10.2026
Gündəm
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm