Forsmajor halların olacağı gözlənilmir
Yusif Nəzərli
08:46 24.06.2022
İqtisadiyyat
728
Azərbaycan hökuməti çox ehtiyatlı mövqe seçib
Neftin qiymətinin bir barelinin 85 dollara çatdırılması riskli deyil
Qlobal miqyasda davam edən proseslər və enerji resursları ilə bağlı yüksək qiymət gözləntiləri nəzərə alınaraq xam neftin bir barelinin orta illik ixrac qiyməti 85 dollar səviyyəsində götürülüb. Bununla bağlı məsələ “Azərbaycanın 2022-ci il dövlət büdcəsi haqqında” yenilənmiş qanun layihəsində öz əksini tapıb. Sənədə əsasən, bu ilin ilk dörd ayının makro-iqtisadi nəticələri ilə yanaşı, beş aylıq fiskal icra göstəriciləri cari il üzrə makroiqtisadi proqnozların dəqiqləşdirilərək yenilənməsi üçün əsas yaradıb.
Qeyd edək ki, əvvəlki qanun layihəsində neftin bir barelinin orta illik ixrac qiyməti 50 dollar səviyyəsində götürülmüşdü. Lakin dünya birjalarında neft qiymətləri bahalaşıb. London birjasında “Brent” markalı neftin qiyməti 113 dollar, “Light” markalı neftin qiyməti isə 109 dollar olub. Maliyyə naziri Samir Şərifov da deyib ki, növbəti 7 ay üçün hökumətin büdcə layihələrinə dəyişiklik nəzərdə tutulub. Nazirin sözlərinə görə, həmin layihədə neftin bir barelinin qiyməti 85 dollar olacaq.
İqtisadçı Pərviz Heydərov “Şərq”ə açıqlamasında bildirib ki, hökumət neftin büdcədə fiksə edilən qiyməti ilə bağlı çox ehtiyatlı mövqe seçib. Ekspert xatırladıb ki, neftin bir barelinin qiyməti keçən il 45 dollar, bu il isə 50 dollar götürülmüşdü. Yəni cəmi 5 dollar artırılmışdı:
“Bu, çox yaxşı siyasətdir. Məhz bu siyasətin nəticəsidir ki, keçən il dövlət büdcəsinə neftdən iki dəfə çox gəlir daxil oldu. Artıq cari ilin yarısı başa çatmaqdadır və yenə də neftdən iki dəfə çox gəlir əldə etmişik. Keçən il Dövlət Neft Fondundan büdcəyə nəzərdə tutulmuş transfert məbləği tam yerinə yetirilmədi, çünki buna ehtiyac qalmadı. Ötən il Fonddan büdcəyə təxminən 12 milyard 200 milyon manatın transferti nəzərdə tutulmuşdu. Dövlət büdcəsinin dürüstləşdirilməsi nəticəsində Fonddan büdcəyə transfertlərin məbləği nəinki artırılır, əksinə, azalmağa doğru gedir. Belə şəraitdə hökumətin büdcədə nəzərdə tutulan neftin qiymətini 20-30 dollar artırmağı planlaşdırması başadüşüləndir. Yaxın perspektivdə neftin qiymətinin kəskin enəcəyi gözlənilmir. Xüsusən, son iki ildə büdcəyə neftdən daha artıq gəlir gəlməsi hökuməti neftin qiymətinə yenidən baxmağa sövq edir. Buna zərurət yaradır. Sonrakı dönəm üçün neftin qiymətinin bir barelinin 85 dollara çatdırılması riskli deyil. Bununla əlaqədar forsmajor halların olacağı gözlənilmir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi