Geoloq-alim: “Ölkədə əyarı ən yüksək olan məhsul Qızılbulaq yatağındadır”
Yusif Nəzərli
10:27 15.12.2022
İqtisadiyyat
459
“Ölkədə əyarı ən yüksək olan məhsul “Qızılbulaq” yatağındadır. “Qızılbulaq” mis-qızıl-kolçedan yatağı Azərbaycanda ən məhsuldar yataqlardan biri olub. Mən özüm şəxsən o yataqda işləmişəm”.
Bunu “Report”un Şuşa-Xankəndi yolunda aksiyanı işıqlandıran əməkdaşına aksiya iştirakçısı, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin dosenti, geoloq-alim Qamət Hüseynov deyib.
“Azərbaycanın yataqları içərisində “Qızılbulaq” yatağının özünəməxsus yeri var. Biz bu cür yataqları niyə itirməliyik?! Ölkədə əyarı ən yüksək olan məhsul “Qızılbulaq” yatağındadır. Orada qızılın əyarı 870-dir”, - alim vurğulayıb.
O bildirib ki, həmin yatağın istismar müddətinə qədər (işğala qədər) orada ciddi iş gedib:
“İşğaldan əvvəl onun ehtiyatını hesablayıb təsdiq üçün SSRİ Geologiya Nazirliyinə göndərmişdik. Biz orada istismara başlayacaqdıq. İşğala görə alınmadı”.
Q.Hüseynov deyib ki, ötən 30 ildə ermənilər Azərbaycanın faydalı yataqlarını talayıblar:
“Bizim buraya gəlməkdə məqsədimiz odur ki, öz haqqımızı tələb edək. “Qızılbulaq” yatağını xarici şirkət istismar edib, tonlarla qızıl aparıb. Biz onları hesablayıb məhkəməyə verəcəyik. Beynəlxalq Arbitraj Məhkəməsinə müraciət edəcəyik ki, aparılan qızıl, gümüş, misin pulu hesablanıb Azərbaycanın dövlət büdcəsinə qaytarılsın.
Buraya gəlməkdə məqsədimiz haqqımızı tələb etməkdir, başqa heç nə istəmirik, sadəcə, icazə istəyirik ki, biz gedib monitorinq aparaq, baxaq görək yatağımız nə vəziyyətdədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan Peru Prezidentinin andiçmə mərasimində təmsil olunub
20:22 29.07.2026
Siyasət
Esmira Cəfərova Macarıstana səfir təyin edilib
20:09 29.07.2026
Rəsmi
Brahim Diaz "Milan"a qayıda bilər
20:02 29.07.2026
Futbol
AKP 25 illik yubiley loqosunu təqdim etdi
19:25 29.07.2026
Gündəm
ABŞ-nin neft ehtiyatları 7,2 milyon barel azalıb
19:15 29.07.2026
İqtisadiyyat
İran KİV: ABŞ-Səudiyyə zərbələri nəticəsində 4 SEPAH hərbçisi ölüb
19:07 29.07.2026
Dünya
İstanbulda rus turisti küçədə təqib edən şəxs saxlanıldı
18:58 29.07.2026
Hadisə
Netanyahu Zelenski ilə görüşdən imtina etdi
18:40 29.07.2026
Dünya
Yaponiyada 5,4 bal gücündə təkrar zəlzələ baş verib
18:18 29.07.2026
Dünya
Paşinyan: Putin məni seçki qələbəsi münasibətilə təbrik etmədi
18:16 29.07.2026
Gündəm
Azərbaycanla Gürcüstan arasında hüquqi əməkdaşlıq müzakirə olunub
18:05 29.07.2026
Region
Hamıya kök hüceyrə vurmaq olmaz - Həkimdən vacib AÇIQLAMA
18:03 29.07.2026
Sağlamlıq
Medvedev: Rusiyanı xilas etməyin ancaq bir yolu var
17:58 29.07.2026
Dünya
Qırğızıstan-Özbəkistan sərhədində gizli tunel aşkar edilib
17:49 29.07.2026
Dünya