Güzəştli mənzillərin "güzəştsiz" şərtləri: “Tanışlar, qohumlar..."
09:02 06.09.2021
İqtisadiyyat
647
“Güzəştli mənzil almağa şansı və ya hüququ olan şəxsin məlumatları sistemə yerləşdirilməli, kompüter özü müəyyən etməlidir”
"Praktikada ciddi problemlərin yaşanması insanların bu layihəyə inamını itirir”
“Qaydalar özünü doğrultmur. Əgər problem həll edilməsə, hələ də ehtiyacı olan insanların bu mənzillərdən kənarda qalmasının şahidi olacağıq"
Ev almaq imkanı olmayan şəxslərin güzəştli şərtlərlə mənzil əldə etməsi üçün addımlar atılır. Belə ki, sentyabrın 3-də Sumqayıt şəhərində güzəştli mənzil layihəsi çərçivəsində növbəti yaşayış kompleksinin təməli qoyulub. Lakin güzəştli mənzillərin "güzəştsiz" şərtləri tənqid olunur. Həmçinin bu mənzillərin yalnız dövlət büdcəsindən maliyyələşən idarə və təşkilatlarda çalışanlara satılmamalı olduğunu bildirənlər var. Orta və yuxarı təbəqədən olan şəxslər güzəştli şərtlərlə evi ala bilir. Həmin mənzili alan şəxs evi ya kirayəyə verir, ya da "əlində saxlayır".
Sözügedən mənzillərin kirayəsi ucuz qiymətə olmur. Beləliklə, hələ də aşağı təbəqənin sakinləri pərişan halda nə vaxtsa, güzəştli şərtlərlə ev ala biləcəkləri günü gözləyirlər...
Mövzu ilə bağlı "Şərq"ə danışan iqtisadçı- ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda güzəştli mənzillərin insan faktoru ilə bölüşdürülməsi geniş yayılıb. Onun sözlərinə görə, güzəştli şərtlər insan faktorundan aslı olmayaraq müəyyənləşdirilməlidir:
"Şərtlər ümumiləşdirilmiş formada olsa da, praktikada tətbiqində ciddi problemlər var. Bu prosesi proqramlaşdırmaq lazımdır. Güzəştli mənzil almağa şansı və ya hüququ olan şəxsin məlumatları sistemə yerləşdirilməli, kompüter özü müəyyən etməlidir. Amma "azərbaycansayağı" qərarlar verilir. Tanışlar, qohumlar...".
Ekspert sonda qeyd edib ki, layihə ideya olaraq çox yaxşıdır, bunun sayəsində vətəndaşların mənzilə çıxış hüququ asanlaşmalıdır:
"Praktikada ciddi problemlərin yaşanması insanların bu layihəyə inamını itirir. Qaydalar özünü doğrultmur. Əgər problem həll edilməsə, hələ də ehtiyacı olan insanların bu mənzillərdən kənarda qalmasının şahidi olacağıq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya