
Heç bir ana 5 uşaq dünyaya gətirmək istəməz
Yusif Nəzərli
00:20 01.10.2021
İqtisadiyyat
999
Azərbaycanda çoxuşaqlı analara müavinət təyin olunması qaydası dəyişib. Artıq 3 deyil, 5 və daha çox uşaqlı analar çoxuşaqlı analar sayılacaq. Bu, Nazirlər Kabinetinin “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”nda etdiyi dəyişikliklə bağlı qərarda öz əksini tapıb. Çoxuşaqlı analara yaşa görə müavinətin təyin edilməsi üçün qadının 5 və daha çox uşaq doğub onları 8 yaşınadək tərbiyə etməsi barədə yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə və ya sahə inzibati ərazi dairələri üzrə nümayəndələrinin arayışı tələb olunacaq.
Azərbaycan ailələrinin ata, ana, 1 övlad, “bəd ayaqda” 2 övladdan ibarət olması məlum həqiqətdir. Azərbaycan ailələri, əvvəlki kimi 6-7, 8-10 uşaqlı ailələr deyil. Bu ailələrdə artıq nənələr, babalar da ailə tablosu xaricindədir.
“Əlifba”, “Ana dili” dərsliklərində gördüyümüz xoşbəxt ailə mənzərəsi – ata qəzet oxuyur, ana yemək masası hazırlayır, nənə divanda əyləşib corab toxuyur, böyük yaşlılar dərsləri ilə məşğuldur, kiçik yaşlılar oyuncaqları ilə oynayır – daha yoxdur.
Artıq çoxdandır, ilk övlad qızdırsa, ikincinin oğlan uşağı olması üçün ana növbəti hamiləliyə razılaşır, ilk övlad oğlansa, əla! Daha övlada ehtiyac yoxdur. Əlbəttə, istisnalar həmişə var. Biz yayqın olanını dedik. Belə şəraitdə bir ailədə 5 uşağın olacağı mücərrəd görünür. Hətta normal maddi vəziyyətə malik ailə də 5 övladı arzulamaz. Sadə bir əsasla ki, “1 uşağa normal baxaq, ehtiyaclarını ödəyə bilək, gerisi lazım deyil”.
Deməli, qərara dəyişiklik edilirsə, bundan çox az sayda ailə yararlana biləcək. Məqsəd əhali sayını artırmaq, müsbət ənənələri bərpa etməkdirsə, bu qərarla çətin ki, mümkün olsun.

Sosioloq Lalə Mehralı “Şərq”ə açıqlamasında çoxuşaqlı analara müavinət təyin edilməsi qaydalarındakı dəyişikliyin qadınları 2-dən artıq övlad dünyaya gətirməyə təşviq etməyəcəyini söylədi:
- Sizin ətrafınızda 5 uşaqlı ailələr var?.. Şəxsən mən 5 uşaqlı nə gənc, nə də orta yaşlı ailələri tanıyıram. Belə ailələr 40-50 il əvvəl vardı.
İndi heç kənd yerlərində də 2, uzaqbaşı 3-dən artıq övlad dünyaya gətirən yoxdur. Çünki hər bir övlad maddi təminat deməkdir.
Orta imkanlı ailələr bunu özlərinə rəva bilmirlər. Əvvəllər 3 övladı olan analara 57 yaşında müavinət ayrılırdı.
Lakin bu mexanizm 2 il əvvəl dayandırıldı. İndiyədək müavinət alanlara yenə tətbiq olunur, lakin son 2 ildə qaydalar dəyişib və övladlarının sayı 5 olanlar çoxuşaqlı ana sayılır. İndiki şəraitdə hansısa qadının 5 övlad dünyaya gətirmək istəyində olacağını düşünmürəm.
Uzun müddət övladı olmayan qadınlar, bəli, süni mayalanma ilə 3, 4, hətta 5 uşaq da dünyaya gətirir. Lakin belə hallar çox azdır. Hər bir uşaq maddi təminat, qulluq, səhiyyə, təhsil xərcləri deməkdir. Bir uşağa görə 50 manat müavinət verilir. 50 manat nəyə çatacaq? Bu pul uşağın aylıq xərclərini ödəyə bilməz. İmtiyazlar, güzəştlər, müavinətlər elə həddə olmalıdır ki, analar nəinki 5-dən artıq, heç olmasa, 1-dən artıq övlad dünyaya gətirməyə razı olsunlar, alacaqları müavinətə güvənsinlər.
Biz artıq neçə ildir uşaq pullarının bərpa olunması məsələsini gündəmə gətiririk, deyirik, lakin nə parlamentdən, nə də hökumətdən bir tərpəniş var.
Heç olmasa, hər uşağa ayrılan müavinət 100 manat olsa, bununla hansısa xərcləri qarşılamaq olar. Əvvəlcə uşaq pulu məsələsinə aydınlıq gətirilsin, sonra çoxuşaqlı analardan danışsınlar.
İnanmıram ki, hansısa gənc ana indiki vəziyyətdə 1 və ya 2-dən artıq övlad dünyaya gətirməyə cürət etsin.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əməkdar jurnalist Nurani dəfn edilib - YENİLƏNİB 2
14:51 22.08.2026
Media
Kaja Kallasın atası Siim Kallas vəfat edib
14:06 22.08.2026
Dünya
Bakı nefti 97 dolları keçdi
13:57 22.08.2026
İqtisadiyyat
Əməkdar jurnalist Nurani ilə vida mərasimi keçirilir
13:38 22.08.2026
Media
Rusiya Ukrayna futbol klubunun məşq bazasını vurdu - Foto
13:26 22.08.2026
Dünya
İran İraq tankerlərinin Hörmüz boğazından keçməsinə icazə verib
13:18 22.08.2026
Dünya
Almaniya XİN rəhbəri Kiyevdə səfərdədir
12:39 22.08.2026
Dünya
Tramp İranın bombalanması ehtimalı ilə bağlı zarafat edib
12:10 22.08.2026
Dünya
Sabah 40 dərəcə isti olacaq
12:02 22.08.2026
Ekologiya
Avtoşluq edən sürücü həbs edildi
11:54 22.08.2026
Hadisə
Bakıda oğurluq edən şəxslər saxlanılıblar
11:42 22.08.2026
Hadisə
ABŞ-ın İrana qarşı yeni iqtisadi sanksiyalar elan etməsi...
11:35 22.08.2026
Dünya
Hindistanın xarici işlər naziri Rusiyaya səfər edəcək
11:23 22.08.2026
Dünya
Tayvan sahillərində hissedilən zəlzələ olub
11:18 22.08.2026
Dünya
Ötən gün 47 cinayət açılıb, 107 axtarışda olan şəxs saxlanılıb
10:37 22.08.2026
Hadisə