İlham Şaban: “Gələn il “qara qızıl”ın qiyməti 62 dollar civarında müəyyənləşəcək”
Nihat Müzəffər
13:17 18.12.2019
İqtisadiyyat
1410
Azərbaycan neftinin qiyməti enib. Dünya birjalarımnda brend markalı neftin bir bareli 70.11dollar olub. Bu da ötən günlə müqayisədə 0.75 dollar azdır. Maraqlıdır, ilin sonu və yeni ildə neftin qiymətidə hansı dəyişikliklər olacaq? Bu baradə ekspertlərin proqnozları hansı istiqamətdədir?
Suallarımızı cavablandıran Neft Araşdırmalar Fondunun rəhbəri İlham Şaban “Sherg.az”a bildirib ki, ötən ildə 2019-cu il üçün proqnozlarda brend markalı neftin orta qiyməti 65 dollar həcmində göstərilirdi:
“Lakin bu il Azərbaycanın dünya bazarına ixrac etdiyi neftin qiyməti 70-71 dollar civarında müəyyənləşdi. Real qiymət proqnozlardan təxminən 10 faiz artıq oldu. Yəni cari illə bağlı verilən bütün proqnozlar özünü doğrultdu. Proqnozların özünü doğrultması istehsalçılar və istehlakçılar üçün müsbət haldır. Çünki, fəaliyyət proqnozlara əsasən qurulur. 2020-ci illə bağlı proqnozlarda cari illə müqayisədə neftin qiyməti bir qədər ucuzlaşmalıdır. Proqnozlara görə, gələn il “qara qızıl”ın qiyməti 62 dollar civarında müəyyənləşəcək. 2020-ci il üçün neftin qiymətində azalmaya səbəb olan əsas faktorlar dünya iqtisadiyyatının zəif templə artımı, ABŞ və Çin arasındakı ticari münasibətlərin gərginləşməsi çərçivəsində enerjiyə olan tələbatın azalması və ABŞ-da neft istehsalının artımıdır”.
Ekspert onu da əlavə edib ki, 2020-ci ildə neftin qiyməti ilə bağlı verilən proqnozların Azərbaycan üçün mənfi təsiri yoxdur:
“Çünki Azırbaycan neftin orta büdcə qiymətini 55 dollar götürüb. Proqnozlar isə 60 dollardan yüksəkdir. Yəni istənilən halda Azərbaycan qarşısında duran büdcə layihələrini həyata keçirə biləcək. Lakin neftin qiyməti yalnız dünyada baş verən iqtisadi faktorlardan dolayı dəyişmir. Yaxın və Orta Şərqdəki hər hansı bir siyasi hadisə neftin qiymətini artıra bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya