“İpoteka kreditləri təyinatı üzrə verilmir” - Şübhələr var !
Banuçiçək Kalbalıyeva
14:11 26.08.2020
İqtisadiyyat
1211
“İpoteka məsələləri hansısa banklara həvalə edilsə, belə şübhələr də çoxalacaq”
“Azərbaycanın bank sistemində inhisarçılıq meyilləri kifayət qədərdir”
“Banklara uzun müddətli, aşağı faizli kredit sərf etmir. Deməli, dövlətin müxadiləsi olmadan məsələni həll etmək mümkün deyil. İpoteka işlərini ya dövlətə aid olan Beynəlxalq Bankla, Azər-Türk Bank öz öhdəsinə götürməlidir, ya da ayrıca bir fond, qurum yaradılmalıdır”.
Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli ipoteka faizlərinin həddədin çox olması barədə danışarkən deyib. Onun sözlərinə görə, hər iki halda ipoteka dəyəri 3-4 faiz olacaq:
“Bu isə iqtisadiyyatda ciddi canlanmalarla nəticələnəcək. Yeni tikililər inşa ediləcək və təbii ki, onlarca iş yeri açılacaq”.
Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov isə “Sherg.az”a açıqlamasında səslənən fikirlə razılaşmadığını bildirib:
“Əvvəla, konstitusiyaya görə mülkiyyətin formaları bərabərdir. İkincisi də, axı dövlət bankları özəlləşdirilməli idi... Həm də nəzərə almaq lazımdır ki, Azərbaycanın bank sistemində inhisarçılıq meyilləri kifayət qədərdir.
Əgər təklif reallaşsa, vəziyyət daha da pisləşəcək. Çünki banklar nə qədər azalarsa, korrupsiyanın artmasına bir o qədər şərait yaranacaq.
Eyni zamanda ipoteka kreditlərinin təyinatı üzrə verilməməsi barədə şübhələr var. Dəfələrlə bu barədə çıxışlar etmişəm. İpoteka məsələləri konkret hansısa banklara həvalə edilsə, belə şübhələr də çoxalacaq.
Odur ki, təklif başa düşülən deyil. Onu da deyim ki, ölkədə sözügedən proseslərlə məşğul olan qurum var. Bu, ipoteka fondudur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm
Azərbaycan və Tacikistan Məkkə Konvensiyasını imzalayıb
18:04 28.10.2026
Gündəm
Azərbaycanda aliment artırılacaq
17:57 28.10.2026
Sosial
TRIPP Ermənistanın sülhə gedən yolunu qısaldır - ŞƏRH
17:36 28.10.2026
Cənubi Qafqaz