“İpoteka sistemində boşluqlar var”
Yusif Nəzərli
14:32 08.07.2022
İqtisadiyyat
734
“Dostlar, bir tanışım ipoteka şərtləri ilə maraqlanır. Bu gün 7-8 faizlə ipoteka krediti verən bank varmı? İpoteka ilə ev almaq 10 il əvvəlki qədər müşkül deyil ki?” .
Bu barədə tanınmış teleaparıcı Ləman Ələşrəfqızı öz Feysbuk hesabında paylaşım edib. Jurnalistin sualına gələn cavablar diqqəti cəlb edir. İstifadəçilərin əksəriyyəti ipoteka kreditlərinin əlçatan olmamağından və şərtlərinə ağırlığından gileylənib.
İpoteka kreditləri ilə bağlı “Sherg.az”a danışan iqtisadçı-ekspert Fuad İbrahimvov bildirib ki, ipoteka sistemində digər sistemlərdə olduğu kimi boşluqlar var:
“Dünyanın istənilən müasir sistem və texnologiyalarını, o cümlədən ipoteka sistemini ölkəyə gətirmişik. Amma bu anlayış bizdə yalnız müəyyən təbəqə üçün əlçatan və qanedicidir. Ümumi kütləni isə qane etmir. Bu kütlə üçün ipoteka krediti adi kredit kimi əl çatmazdır. Çünki bu illər ərzində faiz dərəcələrinin yüksəkliyini nəzərə alsaq, insan yarı yolda ödəyicilik qabiliyyətini itirir. Digər vəziyyətdə isə iki-üç evin pulunu ödəmiş olur. Bu nöqteyi-nəzərdən bizim müasir reallığımıza cavab vermir”.
Ekspert qeyd edib ki, problemin həlli üçün kifayət qədər maliyyə dayanıqlılığı lazımdır:
“Bununla yanaşı institusional yanaşma lazımdır. Yəni, ipoteka veririksə, bu sistemin mənasını anlamalıyıq. Burada da vətandaşların gəlirlərini və eyni zamanda artan xərcləri nəzərə almaq lazımdır. Bu baxımdan ipoteka səviyyəsi optimal olmalıdır. Bu problemin konkret həlli üçün hökümətin yanaşması hiss olumalıdır. İllik ayrılan vəsaitlərlə isə həllə çatmayacayıq. Problem həllini tapana qədər də vətəndaşlar narazı olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Samvel Karapetyanın ev dustaqlığının müddəti uzadılıb
00:20 18.09.2026
Cənubi Qafqaz
Rusiya millisi Azərbaycanda dördillik həsrətə son qoyacaq
23:40 17.09.2026
Futbol
Tramp ABŞ qoşunlarının İrana müdaxiləsini istisna etməyib
22:42 17.09.2026
Gündəm
Slovakiyanın Baş naziri Ukraynaya səfər edəcək
21:25 17.09.2026
Gündəm
Bu, NATO-nun Rusiyaya qarşı müharibəsi deməkdir
21:14 17.09.2026
Aktual
Ermənistanda TRIPP layihəsinin icrası müzakirə olundu
21:03 17.09.2026
Cənubi Qafqaz
"Barselona"da ağır itki...
20:30 17.09.2026
Futbol
Çin XİN rəhbəri və Rubio Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
20:07 17.09.2026
Dünya
Bu ölkə İsrailə görə "Avroviziya"da iştirakdan imtina etdi
19:58 17.09.2026
Şou
Alyaskada 6,3 maqnitudalı zəlzələ baş verib
19:50 17.09.2026
Dünya
Almaniyanın Tehrandakı səfiri XİN-ə çağırıldı
19:43 17.09.2026
Gündəm
Ərdoğanın müşaviri açıqladı: Öcalana vəzifə verildi
19:35 17.09.2026
Aktual
Paşinyan: Ermənistan dəmir yolu bizim mülkiyyətimizdir
19:27 17.09.2026
Cənubi Qafqaz
Bakı Limanında yükaşırma 3% artıb
19:10 17.09.2026
İqtisadiyyat
Rusiya və Çin ABŞ-nin hazırladığı İran layihəsini rədd etdi
18:54 17.09.2026
Dünya