“İqtisadiyyatımızın mənfi senarilərə hazırlığı yüksəkdir”
- EKSPERT
Fidan Həmişəyeva
10:39 12.03.2020
İqtisadiyyat
839
“Dövlətimizin əlində həm rəsmi valyuta ehtiyatları, həm makroiqtisadi göstəricilər, həm də dövlət büdcəsinin xərcləri üçün hər cür imkan var”
“Neftin qiymətinin ucuzlaşması ölkəmiz üçün təhlükəli deyil. Ciddi təşvişə heç bir əsas yoxdur. 4-5 il öncə baş vermiş neft qiymətinin enişindən müəyyən təcrübəmiz var”.
Bu fikirləri “Sherg.az”a açıqlamasında iqtisadçi-ekspert Pərviz Heydərov deyib.
O bildirib ki, neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar ölkəmizin mənfi senarilərə hazırlıq səviyyəsi yüksəkdir:
“Dövlət gəlirlərimizin böyük hissəsi neftin satışından əldə edilən xarici valyutalardan asılı vəziyyətdədir. Ölkə iqtisadiyyatı birtərəfli şəkildə inkişaf etmiş durumda. Gəlirlərimiz neftin satışından əldə olunan gəlirlərə bağlıdır. Son 16 il ərzində dövlətin həyata keçirdiyi siyasətin əsas hədəfini qeyri-neft sektorunu inkişaf etdirmək təşkil edir”.
P.Heydərov qeyd edib ki, neftin qiymətinin aşağı düşməsi şokunu 2015-2016-cı illərdə yaşadıq:
“Ölkəmizdə bir sıra makroiqtisadi göstərcilər meydana çıxsa da, manatın dəyərini itirməkdən başqa ciddi itki ilə üzləşmədik. Sosial xərclərin, maaş və pensiyaların verilməsində problem və gecikmələr baş vermədi. Bütün bunlara dövlətin gördüyü ehtiyat tədbirləri və xarici valyuta ehtiyatlarımız hesabına nail olduq. Bununla belə həmin illərdə Mərkəzi Bank neftin qiymətinin aşağı düşməsindən 11 milyard dollardan çox rəsmi valyuta hesabını itirdi. Daha sonra qiymətlərin sabitləşməsi ilə 2017, 2018 və 2019-cu illərdə yenidən makroiqtisadi göstəricilərimizdə əvvəlki dayanıqlığı bərpa elədik. Nəticədə valyuta bazarında sabitlik təmin olundu, xarici ticarət əməliyyatları yenidən bərpa olundu.
Çində yaranan koronavirus əvvəlcə Çin iqtisadiyyatının “belini qırdı”. Daha sonra bunun coğrafiyası genişlənməklə bütün dünya iqtisadiyyatı üçün təhdid yarandı. Nəticədə neftə tələbat aşağı düşdü. Beləliklə “qara qızıl”ın qiyməti 60 dollardan, 30 dollara qədər endi”.
Qeyri-neft sektorumuzdan əldə olunan gəlirlərdə əməlli-başlı irəliləyiş olduğunu deyən iqtisadçı xarici valyuta ehtiyatlarımızın 52 milyard dollardan çox təşkil etdiyini vurğulayıb:
“Dövlət büdcəmiz neftin dünya bazarında qiymətinin aşağı düşməsindən birbaşa zərbə almır. Çünki ortada Dövlət Neft Fondu var. Əsas zərbə ona dəyir. Büdcəmiz Dövlət Neft Fondundan 47 faiz asılı vəziyyətdədir. 47 faiz hazırkı dövlət büdcəmizin gəlirlərinin transferini təşkil edir. Bu transfer mexanimzi elə qurulub ki, dünya bazarında neftin qiyməti 100 dolları aşsa və 30 dollardan aşağı düşsə, bunun əhəmiyyəti yoxdur. Həmin transfer stabil şəkildə dövlət büdcəsinə ödənilir. Nəticədə büdcəmizin sosial xərclərinin hamısı transfer hesabına maliyyələşir”.
Daxili valyuta bazarında gözlənilən təhlükəyə gəldincə, P.Heydərov bildirib ki, ən azı 2020-ci il üçün valyuta bazarımızda ciddi dəyişikliklərin baş verəcəyinə əsas yoxdur:
“Dövlətimiz xalqın rifahı sahəsində apardığı siyasət üçün əlavə dövriyyəyə 4 milyard manata yaxın pul buraxdı. Ona görə də manatın məzənnəsindəki dəyişikliyə ilk növbədə dövlət özü maraqlı deyil. Dünya bazarında neftin qiyməti davamlı olaraq 30 dollar ətrafında olarsa, bu, valyuta bazarımızda ən tezi gələn il üçün müəyyən dəyişikliyin baş verməsinə səbəb ola bilər. Hazırda neftin ucuzlaşmasının 2020-ci il üçün zəmini yoxdur. Nazirlər Kabinetinin iclası keçirildi. Eyni zamanda müvafiq sturukturların mövcud duruma hazır olmaları, lazım gəldikdə hansı adımların atılmasına ehtiyac olduğu barədə tapşırıqlar verildi. Dövlətimizin bu reaksiyasını yüksək dəyərləndirirəm. Dünya bazarında neftin qiyməti ilə bağlı vəziyyət dərinə doğru inkişaf edib davamlı xarakter daşıyarsa, Azərbaycan iqtisadiyyatının mənfi təsirləri qabaqcadan sığortalana biləcək. Çünki dövlətimizin əlində həm rəsmi valyuta ehtiyatları, həm makroiqtisadi göstəricilər, həm də dövlət büdcəsinin xərcləri üçün hər cür imkan var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya
Moskvada yeni dəb: Mənzil almadan bahalı evləri gəzməyə gedirlər
18:52 08.11.2026
Maraqlı
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya