
İşıq və qaza qoyulan limitlər ləğv edilir? - Açıqlama
Yusif Nəzərli
14:48 06.12.2022
İqtisadiyyat
719
"İşıq və qaza qoyulan limitlər aradan qaldırıla bilər".
Bu sözləri "Sherg.az"a iqtisadçı-ekspert Rəşad Həsənov deyib.
O qeyd edib ki, pandemiyadan sonra çox maraqlı sosial- iqtisadi proseslər gedir:
“Dünayanın bütün ölkələrində bu məsələlər iki mühüm göstərici ilə müşahidə olunur: yüksək inflyasiya və işsizlik. Hər hökumət əlində olan imkanlardan istifadə edərək mümkün qədər əhalini müvafiq təzyiqlərdən qorumağa çalışır. Burda müəyyən tədbirlər paketindən söhbət gedir. Bəzi ölkələrdə kommunal xidmətlər üzrə xərclərin kompensasiyası ilə əlaqəli subsidiyalaşdırma mexanizimləri təşkil olunur. Azərbaycanda da hökümətin əlində olan bəzi məsələlər var. Bunlardan biri də limitlərdir.

Bu mövzuda müəyyən bir dəstəkləyici qərarlar qəbul edilə bilər. Nəzərdə tutulan əksər güzəşt kimi limitlərlə bağlı da güzəştlər tələb olunur. Əsasən də qış aylarında bu məsələdə şikayətlər daha da şiddətlənir. Əhali kommunal xərcləri ödəməkdə çətinlik çəkir. Bunun səbəbi limitlərin yüksək olmasıdır. Soyuq aylarda xüsusilə, qaz və elektrik enerjisinə tələbat kəskin şəkildə artır”.
Ekspert hesab edir ki, məsələnin bir neçə həlli yolu var:
“Birincisi, yaxşı olar ki indiki şərtlər daxilində növbəti 6 ay müddətində hər iki istiqamətdə mövcud olan limitlər və yuxarı limitlərə tətbiq edilən tarixlər ləğv edilsin.
İkincisi, nisbətən daha zəif olsa da, müəyyən bir təsir göstərə bilər. Ölkə tamamilə qazlaşmayıb, bu ərazilərdə elektrik enerjisinə nəzərdə tutulan limitlər ləğv olunsa, yaxşı olar.
Bu ərazilərdə qaz olmadığı üçün işıqdan istifadə daha çoxdur. Onlara tanınan 300 kvt -lıq limit çox qısa müddətdə, hətta ilk həftədə bitə bilir. Çünki isitmə və işıqlandırma məqsədilə elektrik enerjisindən istifadə olunur. Buna görə də daha yaxşı olar ki, həmin ərazilərdə işığa qoyulan limit aradan qaldırılsın. Bununla, ailə büdcələri üzərində yaranmış kommunal təzyiqi biraz da olsa, azalda bilərik".
Qeyd edək ki, son günlər Azərbaycanda havaların kəskin soyuqlaşmasından sonra ölkə ictimaiyyətində, eləcə də sosial platformalarda qaz və işığa tətbiq olunanlimitlərin aradan qaldırılmasına dair çoxsaylı təklif və çağırışlar mövcuddur. Bəzi şəxslər isə məlum limitlərin ləğv ediləcəyinə dair iddialar ortaya atıb.
Şərqiyyə NƏBİ
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Lobbilər ABŞ-Türkiyə münasibətlərini hədəfə alıb" - Ali Satan
21:33 29.07.2026
Gündəm
İran Ukraynaya cavab versə, böyük diplomatik səhv olar - Politoloq
21:18 29.07.2026
Gündəm
Qazaxıstan və ABŞ strateji tərəfdaşlığı müzakirə edib
21:05 29.07.2026
Dünya
Ukrayna Rusiya ərazilərinə bu yolla zərbələr endirib - FT
20:53 29.07.2026
Dünya
Azərbaycan Peru Prezidentinin andiçmə mərasimində təmsil olunub
20:22 29.07.2026
Siyasət
Esmira Cəfərova Macarıstana səfir təyin edilib
20:09 29.07.2026
Rəsmi
Brahim Diaz "Milan"a qayıda bilər
20:02 29.07.2026
Futbol
AKP 25 illik yubiley loqosunu təqdim etdi
19:25 29.07.2026
Gündəm
ABŞ-nin neft ehtiyatları 7,2 milyon barel azalıb
19:15 29.07.2026
İqtisadiyyat
İran KİV: ABŞ-Səudiyyə zərbələri nəticəsində 4 SEPAH hərbçisi ölüb
19:07 29.07.2026
Dünya
İstanbulda rus turisti küçədə təqib edən şəxs saxlanıldı
18:58 29.07.2026
Hadisə
Netanyahu Zelenski ilə görüşdən imtina etdi
18:40 29.07.2026
Dünya
Yaponiyada 5,4 bal gücündə təkrar zəlzələ baş verib
18:18 29.07.2026
Dünya
Paşinyan: Putin məni seçki qələbəsi münasibətilə təbrik etmədi
18:16 29.07.2026
Gündəm