“Kraliça ənciri” - Yalnız Bursada yetişir
00:59 20.08.2025
İqtisadiyyat
481
Bursada qara əncirin yığımı və ixracına başlanılıb. Dünya üzrə yalnız Bursanın 30 kəndində yetişən və İngiltərə hersoginyası Keyt Middletonun adı ilə də “Kraliça ənciri” olaraq bilinən, onun hamiləlik dövründə ürək bulanması ilə mübarizədə istifadə etdiyi qara əncirin kiloqramı 150-200 lirəyə satılır. “Dünyanın ən keyfiyyətli ənciri” olaraq xarakterizə edilən Bursa qara ənciri özünəməxsus ləzzəti, dolğun görünüşü və ətri ilə Avropa ölkələrinin böyük marağına səbəb olub.
Keçən il onlar 32 ölkəyə göndərilib. Bir çox meyvələr kimi Bursa qara ənciri də bu ilin aprel ayında şaxtadan zərər görüb. Bəzi ərazilərdə məhsuldarlıq azalıb, keyfiyyət pisləşib. Fermerlər Bursanın Osmanqazi, Gəmlik, Mudanya və Nilüfer rayonlarının 30 kəndində istehsal edilən Bursanın bənzərsiz qara əncirini ixrac üçün yığmağa başlayıb. Osmanqazi Kənd Təsərrüfatı Palatasının sədri İsmail Altınkaya bu il bəzi bölgələrin şaxtaya görə məhsul itkisi yaşadığını, lakin şaxtadan təsirlənməyən ərazilərdə məhsuldarlığın yaxşı olduğunu qeyd edib. Mövsümün tez bitəcəyi ilə bağlı gözləntilərini dilə gətirən Altınkaya, "Hazırda bazar yaxşıdır; məhsul da yaxşıdır. Bu qədər gözləmirdik. Bir ara qiyməti 190-200 lirəyə qədər idi, amma 150 lirəyə düşdü" deyib. Əgər bu rəqəmdən aşağı düşməsə, yaxşıdır, fermerlərin gözləntilərini doğruldacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya
Səidə Mirziyoyeva Ərdoğanla görüşdü
17:50 15.10.2026
Gündəm
Paşinyan sülh sazişini bilərəkdən uzadır - ŞƏRH
17:36 15.10.2026
Gündəm
Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
17:19 15.10.2026
Region
Kobaxidze Ermənistana səfər edib
17:13 15.10.2026
Gündəm
Onlar Mətbuat Şurasından gedir
17:07 15.10.2026
Media
Azərbaycan-Türkiyə qardaşlığını heç kim poza bilməz - TƏHLİL
16:42 15.10.2026
Gündəm
DTX tərəfindən saxlanılan Saleh Səmədova hökm oxunub
16:17 15.10.2026
Hadisə
3+3 formatında növbəti görüş Azərbaycanda keçirilə bilər
16:03 15.10.2026
Gündəm
İlham Əliyev Hakan Fidanı qəbul etdi
15:50 15.10.2026
Gündəm
Fransa yenə də Ermənistanın arxasındadır - Politoloq
15:29 15.10.2026
Gündəm