Lombardlarda neqativlər var: Şərtlər heç bir halda müştərinin xeyrinə deyil
Nihat Müzəffər
13:29 25.09.2019
İqtisadiyyat
1808
Azərbaycanda lombard kreditlərinin verilmə müddəti artırılacaq. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib. O bildirib ki, “Lombardlar haqqında” qanun layihəsinin üzərində işçi qrup tərəfindən iş aparılır.
“Qanun layihəsi üzərində bir neçə məsələ var ki, biz ona toxunmuşuq. Bunlardan biri lombardlar tərəfindən kreditlərin on iki aydan artıq olmayan müddətə verilməsidir. Niyə bu müddət 2, 3 il olmasın? Fikirimcə, bu sahədə müəyyən işlər görülməlidir. Qeyd edək ki, yeni qanun layihəsinin müzakirəsi zamanı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin deputatları lombardlar tərəfindən kreditlərin 1 il müddətinə verilməsinə etirazlarını bildiriblər. Deputatlar bu müddətin artırılmasını təklif edir.
Məsələni şərh edən iqtisadçı ekspert Elçin Bayaramlı “Sherg.az”a bildirib ki, lombard kreditlərinin müddəti əlbəttə artırılsa, yaxşı olar:
"Millət vəkilinin də bildirdiyi kimi, bu müddət minimum iki-üç il olmalıdır. Çünki bir il ərzində əksər insan lombarddan aldığı krediti qaytara bilmir. Lakin burada əsas problem bu deyil. Lombardalarımızda bir çox xoş olmayan hallar var. Bunlardan birincisi kredit faizlərinin çox yüksək olmasıdır. İkincisi də, girov müqabilində az pul verilir. Həmçinin lombardların şərtlərinin heç bir halda müştərinin xeyrinə deyil. Bu şərtlərlə müddətin uzadılması müştərini daha da ağır vəziyyətə salacaq”.
İqtisadçı onu da vurğulayıb ki, bir çox lombardlar qəfil yoxa çıxır:
“Nə qədər axtarış olunsa da, onları tapmaq mümükün olmur. Nəticədə də xeyli adamın qızıl-zinət əşyaları əldən çıxır. Fikirimcə, lombardlarla bağlı məsələlər kompleks şəklində ətraflı müzakirə olunmalı və bu sahədə tənzimlənmələr aparılmalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya