Mal ətinin ucuzlaşmasını ağlınıza belə gətirməyin
Yusif Nəzərli
22:06 22.06.2022
İqtisadiyyat
655
Yalnız Qarabağda heyvandarlıq inkişaf etdirilərsə, qiymətlərin ucuzlaşması mümkün olar
Heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət edilməsi və bu məqsədlə hər bir heyvanı və ya heyvanlar qrupunu müşahidə etməyə imkan verən “Kənd təsərrüfatı heyvanlarının identikləşdirilməsinin aparılması Qaydası”nda dəyişikliklər edilib. Nazirlər Kabinetinin məlumatına görə, dəyişikliyə əsasən heyvanların identikləşdirilməsi fəaliyyəti sahəsində müasir informasiya-kommunikasiya texnologiyalarından istifadənin genişləndirilməsi ilə yanaşı vahid sənədləşmənin tətbiq edilməsi, heyvan sahiblərinin identikləşdirilmə üçün bir heyvan üçün tələb olunan xərclərinin azaldılması təmin edilib.
Belə ki, dəyişikliyə əsasən identikləşdirilmənin nəticəsi olaraq yalnız şəhadətnamə veriləcək və baytarlıq pasportunun alınması tələb olunmayacaq. Əvvəlki qaydalara əsasən hər heyvan və ya heyvan qrupu identikləşdirilməli və identikləşdirilmə nəticəsində heyvan sahibinə “baytarlıq pasportu” və “identikləşdirilmə haqqında şəhadətnamə” verilməli idi. Baytarlıq pasportunun alınmasına görə isə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda 20 manat dövlət rüsumu nəzərdə tutulurdu. Dəyişiklik nəticəsində isə hər bir heyvana görə baytarlıq pasportunun alınması zərurəti aradan qalxır artıq və nəticə etibarilə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş 20 manat məbləğində dövlət rüsumunun ödənilməsi də tələb olunmayacaq. Bu isə öz növbəsində heyvan ətinə çəkilən xərcin azalmasına səbəb olacaq.
Məlum dəyişiklik heyvan ətinin qiymətinin ucuzlaşmasına səbəb ola bilərmi? “Şərq”ə cavabında iqtisadçı Natiq Cəfərli qeyd etdi ki, bu vaxta qədər baytarlıq pasportu üçün 20 manat, sertifikat üçün də əlavə 5 manat tələb olunurdu. Artıq bu tələblər ləğv edilir. Yəni heyvan sahibləri pasport və sertifikatlaşdırma üçün əlavə xərcdən azad edilir:
- Lakin bu xərclər kiçik rəqəmlər olduğundan heyvan ətinin qiymətinin ucuzlaşmasına əsaslı təsir göstərməsi çətindir. Xırda buynuzlu heyvanların qiymətinə bir qədər təsir göstərə bilər. Çünki qoyun, quzunun çəkisi iri buynuzlu heyvanlara nisbətən azdır. Bu da uzaqbaşı 80 qəpik-1 manat civarında olacaq.
Amma mal ətinin ucuzlaşmasını gözləmək yersizdir. 25 manat əlavə xərcin aradan qalxmasının 150-300 kiloqramlıq dananın maya dəyərində o qədər də çəkisi yoxdur. Bu, mal ətinin qiymətinə təsir edə bilməz. Ona görə də dana ətinin qiymətinin ucuzlaşacağını düşünmürəm.
N.Cəfərli bildirdi ki, ətin, diri heyvanın qiymətində ucuzlaşma yalnız bolluq olarsa mümkündür, bunun öz şərtləri var:
- Azərbaycan hələ də Gürcüstandan mal-qara ixrac edir.
Hazırda Azərbaycan mal-qaraya olan ehtiyacı ödəyə bilmir. İşğaldan azad edilmiş ərazilərdə yaxın gələcəkdə heyvandarlıq inkişaf edərsə, qiymətlərdə ucuzlaşma mümkün olar. Belə məlumatlar var ki, Kəlbəcər, Qubadlı, Laçında heyvandarlığın inkişafına önəm veriləcək. Belə olarsa, qiymətlərdə ucuzlaşma da gözlənilən olacaq.
Müəyyən qədər yay fəslində yem problemi o qədər də hiss edilmədiyindən ətin qiyməti, əslində ucuzlaşmalıdır. Amma qış aylarında yem bazası problemi özünü qabarıq göstərdiyi üçün qiymət ucuzlaşmasını gözləmək də absurd görünür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Aİ Rusiyaya qarşı yeni sanksiyaları qəbul etməkdə aciz qala bilər
21:31 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi