Manatın dəyəri daha da aşağı düşə bilər - Ekspert
Banuçiçək Kalbalıyeva
13:17 21.04.2020
İqtisadiyyat
1071
Dünya birjasında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi bir çox dövlətlər, o cümlədən Azərbaycan üçün narahatlıq yaradır. Hətta bəzi xəbər portallarında, sosial şəbəkələrdə neftin qiymətinin 1 dollar olması ilə iddialar var. Bu, iqtisadiyyatı neft sektoru üzərində qurulan ölkələrdən ötrü xüsusi təhlükədir.
Neftin qiymətinin belə ucuzlaşmasının başqa hansı iqtisadi nəticələri olacaq?
Məsələ ilə bağlı "Sherg.az"a danışan iqtisadçı- ekspert Pərviz Heydərov neftin qiymətinin 1 dollara düşməsi barədə xəbərlərin əsassız olduğunu deyir:
"Brend markalı neftin bazardakı qiyməti 22 dollardır. Yəni neftin 1 dollara qədər ucuzlaşması doğru deyil. Amma 22 dollar da ümidverici rəqəm deyil. Tarix boyu belə hal olmamışdı. Düzdür, müxtəlif vaxtlardan, o cümlədən 1998- ci ildə neft kəskin ucuzlaşıb, hətta 10 dollar olub. Amma indi vəziyyət daha pisdir. Çünki indiki dolların alıcılıq qabiliyyəti ilə o vaxtkı dolların alıcılıq qabiliyyəti eyni deyil. Deməyim odur ki, indiki 22 dollar o vaxtkı 10 dollardan daha azdır. Əvvəl dolların alıcılıq qabiliyyəti çox yüksək idi".
Ekspert neftin ucuzlaşmasının əsaslı səbəbləri olduğunu deyib:
"Çünki bütün sahələrdə, o cümlədən aviasiyada fəaliyyət dayanıb. İnsanlar evdən çölə çıxmadıqlarına görə şəhərlərdə maşınlar da yox səviyyəsindədir. Yəni yanacağa ehtiyac azalıb. Aydın məsələdir ki, neft daha çox yanacaq məqsədilə istifadə olunur. Bununla bağlıdır ki, neftə tələbat da aşağı düşüb. İkinci əsas məqam isə sərhədlərin bağlanmasıdır. Ticarət əlaqələri tamamilə kəsilib. Ona görə də neft tankerləri hazır vəziyyətdə, dolu olsa da, alan yoxdur".
P. Heydərov, həmçinin neft bazarında baş verən tendensiyanın milli valyutaya təsiri barədə də danışdı:
"Manatın taleyi ilə bağlı fikirlərim nikbin deyil. OPEC ölkələrinin neft hasilatını aşağı salması müəyyən qədər ümidvericidir. Amma istənilən halda manata qarşı ciddi təhdidlər var. Karantin müddəti müəyyən mənada insanların alış- verişinə mane olur. Buna baxmayaraq, karantin başa çatandan sonra insanlar valyutanı dəyişməyə çalışacaq, ticarət əlaqələrinə cəhd edəcəklər. Nəticədə manatın dəyəri daha da aşağı düşə bilər. Bəlkə, hökumət bu il devalvasiyanın qarşısını ala bilər. Lakin vəziyyət belə davam etsə, devalvasiya gələn il üçün qaçılmazdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Oktyabrın sonu beş BÜRC üçün çox maraqlı olacaq
08:30 29.10.2026
Sosial
"Axios": ABŞ və İsrail İran rəhbərliyinə zərbələr endirə bilər
08:07 29.10.2026
Son dəqiqə
ABŞ-da nüvə obyektində yanğın və radiasiya sızması baş verib
07:15 29.10.2026
Gündəm
Kiçik pomidorlarda böyük təhlükə!
06:10 29.10.2026
Sağlamlıq
“Yaprak Dökümü”nün “Aslı”sı illər sonra
05:35 29.10.2026
Şou
Evdən çıxanda telefonun bu funksiyalarını söndürün
04:24 29.10.2026
Relaks
Hər Cola şüşəsi ömrünüzdən 9 dəqiqə azaldır - Alimlər
03:53 29.10.2026
Sağlamlıq
CENTCOM: Hörmüz boğazı minalardan tamamilə təmizlənib
02:46 29.10.2026
Aktual
2026-cı ilin sözü elan edildi
01:51 29.10.2026
Maraqlı
Serbiya Radio və Televiziyasının baş direktoru istefa verib
00:57 29.10.2026
Dünya
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual