Maşın bazarında SON VƏZİYYƏT – UCUZLAŞIR ?
Banuçiçək Kalbalıyeva
10:54 17.04.2020
İqtisadiyyat
891
“Qiymətlər ucuzlaşa bilər. Çünki insanların maddi vəziyyəti əvvəlki kimi deyil”
Koronavirus pandemiyası beynəlxalq aləmdə, o cümlədən Azərbaycanda qiymət artımına təsir göstərib. Ərzaq məhsullarının "əl yandıran" qiymətləri göz qabağındadır. Bəs ərzaq məhsullarından başqa nələrin qiyməti bahalaşa bilər?
Nəqliyyat eksperti Ərşad Hüseynov "Sherg.az"a açıqlamasında bahalaşma tendensiyasının avtomobillərin qiymətinə təsir etməyəcəyini deyib:
"Ərzaq məhsulları bahalaşa bilər. Çünki çörəyə, yağa, pendirə həmişə tələbat var. Amma avtomobilə tələbat o qədər də ciddi deyil. Hər halda, vətəndaş maşınsız da yaşaya bilər. Ona görə düşünürəm ki, tələbat az olduğu üçün bu il qiymətlər bahalaşmayacaq. Hətta avtomobil istehsalına da zərər dəyməsinə baxmayaraq, bəlkə, qiymətlər ucuzlaşa bilər. Çünki insanların maddi vəziyyəti əvvəlki kimi deyil. Əgər insanların maliyyə durumları əvvəlki kimi olsaydı, qiymətlər bahalaşa bilərdi. İndiki şərtlər daxilində isə bu haqda söhbət gedə bilməz".
Ə. Hüseynov onu da əlavə edib ki, koronavirus pandemiyası avtomobillərin onlayn qaydada satışına da müsbət təsir edəcək:
"Düzdür, onlayn satış əvvəllər də var idi. Amma indi daha kütləvi xarakter alacaq. Çünki avtosalonlar fəaliyyətini dayandırıb. Sərhədlər bağlanıb. Təcili avtomobil almaq istəyənlər ancaq onlayn üsuldan istifadə etməlidirlər. Bu zaman çox diqqətli olmaq lazımdır. Mötəbər, tanınmış partnyorlara üstünlük vermək, xüsusilə ikinci əl maşın alarkən mütəxəssis rəyini öyrənmək zəruridir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə
Hörmüz boğazında mayeləşdirilmiş təbii qaz tankerinə hücum olub
19:23 21.09.2026
Dünya
Xəzər dənizində zəlzələ olub
18:48 21.09.2026
Hadisə
Rusiya-Ukrayna müharibəsinin sonu hələ görünmür - RƏY
18:35 21.09.2026
Siyasət
Nərimanovda çoxmərtəbəli yaşayış binasında yanğın var
18:19 21.09.2026
Hadisə
Kino xadimləri Prezidentə müraciət edib
18:11 21.09.2026
Mədəniyyət
Nunes: Rusiyadan gələn təhlükə realdır
18:02 21.09.2026
Dünya