Mənzillər bahalaşacaq: Kirayə evlərin də qiymətində yüksəlmə müşahidə olunur - AKTUAL
Nihat Müzəffər
09:06 19.12.2019
İqtisadiyyat
1403
“Mənzil bazarında qiymətlər bahalaşır”. Bu barədə “Sherg.az”a mənzil bazarında qiymət dinamikasını və tələb-təklif qrafikini dəyərləndirərkən ekspert Nüsrət İbrahimli bildirib.
Onun sözlərinə görə, 2018-ci ilin 11 ayı ilə cari ilin 11 ayını müqayisə edəndə bazarda qiymət artımının şahidi oluruq:
“Bu il mənzil bazarında qiymətlər 6.88 faiz artıb. Lakin təkrar mənzil bazarında 1.4 faiz ucuzlaşma olub. Hər iki bazarı ümumi götürdükdə bu il dörd faiz qiymət artımı müşahidə olunur. Amma noyabr ayından bazarda durğunluq yaranıb. Fikrimcə, ilin sonuncu ayında da bazarda qiymət ucuzlaşması müşahidə olunacaq. Son olaraq 2019-cu ildə mənzil bazarında 3.5-4 faiz bahalaşma qeydə alınacaq. Eyni zamanda bazarda tələb dinamikasında da müəyyən dəyişikliklər var. Hazırda bu dinamika artan xətt üzrə davam edir.
N.İbrahimli onu da söyləyib ki, bu il kirayə evlərin qiymətində kəskin bahalaşma qeydə alınıb:
“Hazırda kirayə mənzillərin qiymətində artım dinamik olaraq müşahidə olunur. Bu ilin 11 ayı ərzində kirayə evlərin qiymətində 3.34 faiz yüksəlmə olub. Eyni zamanda dekabr ayının ikinci yarısında kirayə evlərin qiymətində kəskin bahalaşma müşahidə olunub. Hazırda kirayə mənzil bazarında 2.4 faiz artım olsa da, ayın ikinci yarısından sonuna kimi bu dinamika genişlənəcək. Yeni il bayramı ilə əlaqədar olaraq əcnəbilərin ölkəyə üz tutması və daha çox kirayə evlərdə qalması bazarı hərəkətləndirəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya