Mərkəzi Bankın statistikası şəffaf deyil
Yusif Nəzərli
00:10 23.06.2022
İqtisadiyyat
596
Əslində problemli kreditlərin çoxunu bank ümidsiz olduğundan silib
Bu il iyunun 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği 673,7 milyon manat təşkil edib. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, ölkədə problemli kreditlər ilin əvvəlinə nisbətən 6,4 faiz, son 1 ildə isə 25,7 faiz azalıb.
Problemli kreditlərin azalma səbəbini “Şərq”ə şərh edən hüquqşünas, bank üzrə mütəxəssis Əkrəm Həsənovun sözlərinə görə, bu statistika tam deyil: “Əvvəla, Mərkəzi Bank sadəcə faizləri göstərir. Mərkəzi Bank problemli kreditlərin azalması ilə bağlı rəqəm açıqlayanda heç vaxt konkret səbəbləri göstərmir. Son 1 ildə 25,7 faiz azalma olubsa bu faiz nəyin hesabına dəyişib axı? Problemli krediti olan vətəndaşlar banklara olan borclarını ödəyiblər, yoxsa banklar həmin kreditlərin qaytarılmayacağına əmin olub, borcları silmək məcburiyyətində qalıblar.
Təsəvvür edin ki, Səhiyyə Nazirliyi hansısa bir xəstəliklə bağlı ilin əvvəlində statistika yayır ki, virusa yoluxan min nəfər olub. İlin sonunda isə 500 nəfər olub. Amma demirik ki, o 500 nəfər ölüb, yoxsa sağalıb? Eyni məsələ də problemli kreditlər məsələsində var. Bu kreditlər qaytarıldı, yoxsa silindi? Mənə elə gəlir ki, problemli kreditlərin çoxunu bank ümidsiz olduğundan silib. Qısası, problemli kreditlər azalmayıb. Sadəcə, onların əhəmiyyətli hissəsi artıq hesabatlara daxil edilmir”.
Hüquqşünasın sözlərinə görə, problemli kreditlər də iki qrupa bölünür. Biri var hansısa sadə vətəndaş, yaxud sahibkar bankdan 10 min dollardan çox kredit götürüb qaytara bilməyiblər.
Bu halda bank həmin şəxsi məhkəməyə verir və əsaslı səbəblər olduqda məhkəmə borcun silinməsi barədə qərar verir. Amma ikinci qrupa daxil olan probemli kreditlər şübhəli kreditlərdir. Bunları isə bank sahiblərinin faktiki özlərinə, yaxınlarına verdikləri kreditlərdir.
Və yaxud da korrupsiya, “şapka” ilə verilən kreditlərdir. Bu gün problemli kreditlərin mütləq əksəriyyəti, azı 60 faizi məhz belə kreditlərdir. Bu problemli kreditlərə qarşı ciddi addım atılmayıb. Problemli kreditlərin yaranmasında nəzarət edən qurum kimi Mərkəzi Bankın məsuliyyət daşıdığını düşünürəm.
Deyib ki, Mərkəzi Bank və hüquq-mühafizə orqanlarının səylərinin birləşdirilməsi nəticəsində şübhəli problemli kreditlərin əhəmiyyətli dərəcədə azalmasına nail olmaq mümkündür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Aİ Rusiyaya qarşı yeni sanksiyaları qəbul etməkdə aciz qala bilər
21:31 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi