Mikayıl Cabbarov: “KOB-ların qeyri-neft ixracında payı 60 %-ə çatıb”
Yusif Nəzərli
07:38 01.12.2022
İqtisadiyyat
476
Azərbaycanda 2021-ci ilin yekununda kiçik və orta biznes (KOB) subyektlərinin qeyri neft-qaz sektoru üzrə yaradılmış əlavə dəyərdə payı 27,5 %-ə, qeyri-neft-qaz ixracında payı isə 2020-ci ilin yekunundakı 31,8 %-dən 59,8 %-ə çatıb.
"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı üzrə Dövlət Agentliyinin (KOBİA), eləcə də Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkənin (INSME) təşkilatçılığı ilə Bakıda “KOB-ların gücləndirilməsi: İqtisadi diversifikasiya və yaşıl inkişaf” mövzusunda keçirilən İNSME-nin 18-ci illik toplantısında nazir Mikayıl Cabbarov bildirib.
“Azərbaycanda bizneslərin 99,6 %-i mikro, kiçik və orta sahibkarlıq subyektləridir. Ötən il bu kateqoriyadan olan bizneslərin dövriyyəsi 20 milyard ABŞ dollarına yaxın olub və ümumi biznes dövriyyəsinin 32%-dən çoxunu, qeyri-neft-qaz ÜDM-nin isə 56,5%-ni təşkil edib”, - deyə o qeyd edib.
"KOB-ların inkişafı bizim üçün prioritetdir. Çünki, onlar istənilən ölkədə iqtisadiyyatın inkişaf tempini səciyyəələndirir. Azərbaycan hətta SSRİ dövründə sahibkarlıqla bağlı bacarıqlarını çox yüksək səviyyədə nümayiş etdirməyə müvəffəq olub. Soruşa bilərsiniz ki, mərkəzləşdirilmiş və planlaşdırılan iqtisadiyyatda bu necə mümkün idi? Bu, qeyri-formal iqtisadiyyat olaraq fəaliyyət göstərib. Qeyri-formal iqtisadiyyat deyəndə biz mütləq qaydada qeyri-qanuni fəaliyyətləri nəzərdə tutmuruq. Sadəcə real sektoru tamamlayan tərəfləri qeyd edirik. Azərbaycan müstəqillik qazandıqdan sonra ölkənin inkişafına təsir göstərən böyük amillərdən biri ölkə ərazisinin işğalı idi və əhalinin bir qisminin qaçqınlara çevrilməsi idi, iqtisadiyyat bu amili nəzərə almalı idi. Çünki bu, iqtisadi tənəzzülə və ÜDM-nin azalmasına səbəb olan amil idi. Azərbaycan karbohidrogen ehtiyatlarının hasilatı sahəsində uğura nail olduqdan sonra vəziyyət dəyişdi. Bizim göstəricilərimizdə mənfəət artmağa başladı", - deyə M.Cabbarov əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Əhməd Davudoğlu siyasətdən getdiyini açıqlayıb
22:34 29.07.2026
Gündəm
"Lobbilər ABŞ-Türkiyə münasibətlərini hədəfə alıb" - Ali Satan
21:33 29.07.2026
Gündəm
İran Ukraynaya cavab versə, böyük diplomatik səhv olar - Politoloq
21:18 29.07.2026
Gündəm
Qazaxıstan və ABŞ strateji tərəfdaşlığı müzakirə edib
21:05 29.07.2026
Dünya
Ukrayna Rusiya ərazilərinə bu yolla zərbələr endirib - FT
20:53 29.07.2026
Dünya
Azərbaycan Peru Prezidentinin andiçmə mərasimində təmsil olunub
20:22 29.07.2026
Siyasət
Esmira Cəfərova Macarıstana səfir təyin edilib
20:09 29.07.2026
Rəsmi
Brahim Diaz "Milan"a qayıda bilər
20:02 29.07.2026
Futbol
AKP 25 illik yubiley loqosunu təqdim etdi
19:25 29.07.2026
Gündəm
ABŞ-nin neft ehtiyatları 7,2 milyon barel azalıb
19:15 29.07.2026
İqtisadiyyat
İran KİV: ABŞ-Səudiyyə zərbələri nəticəsində 4 SEPAH hərbçisi ölüb
19:07 29.07.2026
Dünya
İstanbulda rus turisti küçədə təqib edən şəxs saxlanıldı
18:58 29.07.2026
Hadisə
Netanyahu Zelenski ilə görüşdən imtina etdi
18:40 29.07.2026
Dünya
Yaponiyada 5,4 bal gücündə təkrar zəlzələ baş verib
18:18 29.07.2026
Dünya