
“...Neftin qiyməti 50-55 dollara qədər ucuzlaşa bilər”
10:12 20.09.2021
İqtisadiyyat
613
Azərbaycan nefti ucuzlaşdı. Dünya bazarında bir barelinin qiyməti 76,13 ABŞ dolları təşkil edən “Azeri light” markalı neftin barel dəyəri 1,06 ABŞ dolları və ya 1,37 faiz azalıb. Gündəlik neftin qiymətinin ucuzlaşmasını, bahalaşmasını müşahidə edirik. Ölkə büdcəsində neftin qiyməti ortalama 45 ABŞ dollar ilə götürülür.
Bununla bağlı “Sherg.az”a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, neftin qiymətində təsir edən kifayət qədər amillər var:
“Ən çox təsir edən iki amil var. Bunlardan biri dünyada olan pandemiya ilə bağlı vəziyyət, digəri isə “OPEC plus” anlaşmasıdır. Keçən ilin mart-aprel aylarında neft qiymətlərinin kəskin ucuzlaşmasının, hətta 14-16 dollara qədər enməsinin də şahidi olduq. Sonradan “OPEC plus” anlaşması ilə hasilat azaldılaraq bir növ süni qiymət artımına başlandı. Yəni hasilat kəskin şəkildə 10 milyon barelə yaxın azaldıldı. Nəticədə qiymət qalxmağa başladı. Daha sonra qiymətlər sabitləşərək keçən ilin sonunda təqribən 50-60 dollar oldu”.

İqtisadçı vurğulayıb ki, pandemiya ilə pozitiv siqnallar gəlməyə başladıqca, yəni ölkələr açıldıqca, lokdaun aradan qalxdıqca neftin qiyməti yenidən yüksəlməyə və indiki 70-75 dollar civarında koridoruna yerləşməyə səbəb oldu:
“Əslində indiki dövrdə də qiymətlərin əsas tənzimləyicisi pandemiyanın yeni ştamları ilə bağlı xəbərlərin təsiri ola bilər. Düzdür ki, hələ dünya ölkələrinin bir çoxu qapanamalar istəmir, amma yeni ştamlar yaransa və qapanma qaçılmaz olsa, o zaman neft qiymətlərində yenidən ucuzlaşma görə bilərik”.
N.Cəfərli qeyd edib ki, “OPEK plus” anlaşmasının davamı ilə bağlı müzakirələr gedir:
“Hələlik hasilatın keçən ilə nisbətən 5 milyon barelə yaxın artırılması qərarlaşdırılıb. İl sonuna qədər yenə də 1 milyon barel əlavə hasilat artırıla bilər. Əgər bu baş versə, qiymətin bu koridorda 65-75 dollar sabitləşməsi mümkündür. Amma gələcəkdə hasilatın artırılması ilə bağlı dünya bazarın uyğun olaraq əlavə qərarlar olarsa, o zaman neftin qiymətləri yenidən 50-55 dollara qədər də ucuzlaşa bilər. Bu İranın bazara nə vaxt daxil olacağından asılıdır. İranla bağlı məsələ Vyanada açıq qalıb, müzakirələr davam edir, hələ ki, anlaşma yoxdur. Əgər anlaşma olarsa, İranın bazara daxil olması kifayət qədər neft qiymətlərinə təsir göstərə bilər”.
İqtisadçı, həmçinin əlavə edib ki, Liviyada hasilatın artımı gözlənilir. Bu ilin sonuna əlavə olaraq 500 min barel neft hasil olunmalıdır:
“Bu da neft bazarında sabitliyə, qiymətlərin ucuzlaşmasına səbəb ola bilər”. Qiymətlərin kəskin artımı neft istehsalçılarına da sərf etmir. Çünki kəskin artımın ardınca həmişə dalğavari olaraq eniş də müşahidə olunur. Ona görə də hazırda neft istehsalçıları da, istehlakçıları da çalışırlar ki, sabitlik yaransın. 60-65 dollar koridoru hər kəsə sərfəlidir. Ola bilər ki, yaxın gələcəkdə məhz bu səviyyələrdə neft qiymətinin sabitləşməsini müşahidə edək”.
Sücayət Mehti
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Bugs Bunny”nin “səsi” 46 yaşında vəfat etdi
04:14 27.10.2026
Maraqlı
Bir daha evlənməyəcəyini açıqladı
03:33 27.10.2026
Şou
Yaşlı insanlarda bu vitamin qrupu kəskin defisitdədir
02:58 27.10.2026
Sağlamlıq
"Microsoft" 60 mindən çox işçisini ixtisar etmək istəyir
02:22 27.10.2026
Texnologiya
Türkiyə Super Liqası: “Qalatasaray” “Fənərbaxça”nı məğlub edib
01:33 27.10.2026
Futbol
Sabah bu ərazidə qaz olmayacaq
01:11 27.10.2026
Cəmiyyət
Pezeşkan Rusiyaya səfər etdi
00:25 27.10.2026
Region
Qardaşlığımıza dinamit qoymaq istəyənlər... - Ərdoğan
23:28 26.10.2026
Gündəm
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol