Ölkədə dolların alışı azalıb
09:36 04.09.2021
İqtisadiyyat
482
Ona görə Mərkəzi Bankın valyuta ehtiyatları artıb
2021-ci il sentyabrın 1-nə olan vəziyyətə görə, Mərkəzi Bankın valyuta ehtiyatları 7,043 milyard dollar təşkil edib. Bu barədə Mərkəzi Bankın hesabatına istinadən məlumat verilir. Hesabata əsasən, Mərkəzi Bankın valyuta ehtiyatları 2020-ci ilin eyni dövrü ilə müqayisədə 8,6 faiz artıb. Ötən ayla müqayisədə isə valyuta ehtiyatları 8,4 faiz və ya 546,1 milyon dollar artıb.
Mərkəzi Bankın valyuta ehtiyatlarının artımı barədə danışan bank məsələləri üzrə ekspert, iqtisadçı Əkrəm Həsənov "Şərq"ə açıqlamasında vurğulayıb ki, əslində bu göstərici elə də böyük fərq deyil. Ekspert diqqətə çatdırıb ki, Mərkəzi Bankın valyuta ehtiyatlarının artmasının əsas səbəbi dollara olan tələbin azalmasıdır:
"Dolların alışı az olduqda Mərkəzi Bankın da ehtiyatı artır. İndi pandemiya şəraiti olduğuna görə, insanlar dolların alışını bir o qədər də fikirləşmir. Onsuz da banklarla problemlər çoxdur. Həm də ən başlıca səbəb dolların qeyri-rəsmi yolla alışının məhdudlaşdırılmasıdır. Bilirik ki, hazırda bir nəfərə illik 20 min manatlıq limit qoyulub. Həmçinin, dolları yalnız günün birinci yarısında satırlar. Məhz bu səbəblərdən də banklardan dollar alan azalıb. Buna görə də, banklar da Mərkəzi Bankdan az dollar alır və bunun nəticəsində onun valyuta ehtiyatları qismən artır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan şəhərsalmada Çin modelindən öyrənməlidir - Professor
16:02 20.05.2026
Aktual
Rusiya MN: Ukraynanın son sutkada 780 PUA-sı vurulub
15:53 20.05.2026
Dünya
"Arsenal"ın 16 yaşlı futbolçusu tarix yazdı
15:19 20.05.2026
Futbol
Moskva və Pekin “Qızıl Günbəz” layihəsini tənqid edib
15:15 20.05.2026
Dünya
Minimum tarif Bakı-Tbilisi marşrutu üçün 81 manatdır
15:07 20.05.2026
Aktual
Azərbaycanda bu sahədə 3 qadın çalışır
14:38 20.05.2026
Cəmiyyət
“Ermənistan-Rusiya gərginliyi süni yaradılıb” - Tofiq Zülfüqarov
14:34 20.05.2026
Region
Bakıda üç gölün tullantılardan təmizlənməsi nəzərdə tutulur
13:36 20.05.2026
Gündəm
Noyerin DÇ-2026-da iştirakı ilə bağlı qərar sabah veriləcək
13:15 20.05.2026
Futbol
“Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
13:10 20.05.2026
Ölkə