“…Ölkəmiz inamla inkişaf edir” – Millət vəkili
Fidan Həmişəyeva
13:09 01.08.2019
İqtisadiyyat
613
Rüfət Quliyev:“Böyük infrastruktur layihələri icra olunur, ümumi iqtisadi vəziyyət çox müsbətdir. İqtisadiyyatımız bu ilin altı ayında 2,4 faiz, qeyri-neft sektorumuz 3,2 faiz artıb. Ən sevndirici məqam isə altı ayda qeyri-neft sənayemizin 15,7 faiz artmasıdır”
“Azərbaycanda həyata keçirilən iqtisadi inkişafın məqsədi, amalı xalqımızın rahat yaşaması, onların sosial müdafiəsinin yaxşılaşdırılması, rifah halının yüksəldilməsidir. Bu, bir daha ötən gün Preziden İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə də diqqətə çatdırıldı”.
Bu sözləri “Sherg.az”a açıqlamasında millət vəkili Rüfət Quliyev deyib.
Dövlət başçısının müşavirədəki fikirlərindən misal gətirən deputat söyləyib ki, Prezident İlham Əliyevin söylədiyi kimi sosial sahə bizim üçün prioritet sahədir və hər zaman bu sahə diqqət mərkəzində olub, bu gün də belədir:
“Azərbaycan inkişafın yeni mərhələsində inamla addımlayır. Qonşu ölkələrdə gedən iqtisadi, siyasi proseslər fonunda Azərbaycanın son 6 ayda inkişaf dinamikasına baxdıqda əminliklə deyə bilərik ki, ölkəmiz inamla inkişaf edir, böyük infrastruktur layihələri icra olunur, ümumi iqtisadi vəziyyət çox müsbətdir. İqtisadiyyatımız bu ilin altı ayında 2,4 faiz, qeyri-neft sektorumuz 3,2 faiz artıb. Ən sevndirici məqam isə altı ayda qeyri-neft sənayemizin 15,7 faiz artmasıdır”.
Deputat qeyd edib ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı onun artım templərinin neft sektorunu üstələməsi bu istiqamətdə mühüm dönüşün olduğunu sübut edir:
“Son illərdə sənayeləşmə siyasətimizin müsbət nəticələr verdiyini, sənayemizin qeyri-neft sektorunun rekord addımlarla irəlilədiyini göstərir. Bununla yanaşı, kiçik və orta sahibkarlığın inkişafı üçün lazımi addımlar atılır”.
Bu ilin 6 ayında kənd təsərrrüfatında nəzərə çarpacaq qədər artımın olduğunu deyən komitə üzvü vurğulayıb ki, dövlət tərəfindən bu sahəyə göstərilən diqqət öz nəticələrini verməkdədir:
“Məhz bunun nəticəsidir ki, bitkiçilik 25, taxılçılıq 40, bostan məhsulları təxminən 40, meyvə 20, barama 25 faiz, tərəvəz istehsalı 14 faiz artıb. İstehsalın artması, ixracımızın da artması deməkdir. Hesab edirəm ki, biz növbəti illərdə bu istiqamətdə daha böyük rəqəmlərin və nəticələrin şahidi olacağıq”.
Qeyd edək ki, dünən Prezident İlham Əliyevin iştirakı ilə sosial-iqtisadi sahə üzrə müşavirə keçirilib. Ölkə başçısı əhalinin sosial rifahının yaxşılaşdırılmasının, qeyri-neft sektorunun inkişafının prioritet sahə olduğunu diqqətə çatdırıb.

Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Putin Ukrayna əsgərlərinə çağırış etdi
18:42 22.05.2026
Region
Köçəryanın səs yazısı qalmaqalı təsadüf ola bilməz - ŞƏRH
18:27 22.05.2026
Gündəm
Ermənistan Qərblə yaxınlaşmanın ağır bədəlini ödəyəcək - ŞƏRH
17:54 22.05.2026
Gündəm
CHP-də böhran yox, idarəetmə dəyişikliyi yaşanır - Buğra Sucu
17:28 22.05.2026
Gündəm
Milli Məclisin sədri MDB PA-nın 60-cı plenar iclasında çıxış edib
17:04 22.05.2026
Gündəm
Kamal Kılıçdaroğlu rəsmən CHP sədri oldu
17:00 22.05.2026
Gündəm
ABŞ-İran danışıqları iflasa yaxındır, müharibə riski artır - ŞƏRH
16:58 22.05.2026
Dünya
Sumqayıt-Bakı istiqamətində yol çökdü
16:38 22.05.2026
Hadisə
Uşaqpulunun verilməsinin tərəfdarıyam, vəssalam! - Deputat
16:23 22.05.2026
Gündəm
TDT-nin Baş katibi Prezident İlham Əliyevi təbrik edib
16:19 22.05.2026
Gündəm
Dünyanın ən qısa təyyarə reysi - Cəmi 53 saniyə çəkir
15:31 22.05.2026
Dünya
SEPAH: Hörmüz boğazından 35 gəmi keçib
15:27 22.05.2026
Dünya
Paşinyan, Köçəryan və Karapetyanın reytinqi açıqlandı
15:02 22.05.2026
Gündəm