“Plastik qabı at, pul qazan” – Azərbaycanda niyə tətbiq olunmur ?
Nihat Müzəffər
14:40 02.08.2019
İqtisadiyyat
1150
Natiq Cəfərli:“Bu sahədə Azərbaycan çox gecikib. Belə bir tətbiq uzun illərdir, dünyanın bir çox ölkələrində var. Bu işdə həm ekoloji, həm də iqtisadi səmərə var”
Bor çox xarici ölkələrdə “plastik qabı at, pul qazan” ifadəsi yazılan zibil qablarından istifadə edilir. Əhali istifadə etdiyi plastik tullantıların dövlət tərəfindən yerləşdirilmiş zibil qablarına atır və pul qazanır. Dövlət rəsmiləri isə bu tendensiya ilə həm ətraf mühiti təmiz saxladıqlarını, həm də əldə edilən plastik qabları xammal kimi təkrar istehsalda istifadə ediklərini bildirirlər.
Maraqlıdır, belə bir texnoloji sistemi Azərbaycanda da tətbiq etmək mümükündürmü ?
Sualımızı cavablandıran iqtisadçı- ekspert Natiq Cəfərli “Sherg.az”a bildirib ki, bu sahədə Azərbaycan çox gecikib:
“Belə bir tətbiq uzun illərdir, dünyanın bir çox ölkələrində var. Bu işdə həm ekoloji, həm də iqtisadi səmərə var. Belə proqramlarla bəzi ölkələr öz iqtisadiyyatlarına fayda verir. Artıq bütün dünya plastik qablardan istifadəni yox etməyi düşünür. Çünki plastik qablar təbiətə düşdükdə 600 il həzm olunmadan qalır. Bu da ətrafda çirklənmə yaradır.
Ona görə də bununla bağlı Azərbaycanda da bir sıra tədbirlərə ehtiyac var. Düzdür, paytaxtda bu fonda bəzi işlər görülüb. Məsələn, dənizkənarı parkda plastik qablar üçün xüsusi zibil qutuları quraşdırıblar. Amma bu da yetərli deyil.
Həmçinin bununla bağlı insanlarda iqtisadi maraq yaransa, həm ekologiyanın təmizliyinə, həm də plastik qabların ikinci, üçüncü dəfə yenidən istehsala qaytarılmasına imkan yaranar. Bu tendensiya iqtisadiyyata ciddi dərəcədə müsbət təsir göstərə bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
BƏƏ Prezidenti Azərbaycan liderinə zəng edib
19:58 05.03.2026
Rəsmi
Tokayev İranın Azərbaycana dron hücumlarını pisləyib
19:51 05.03.2026
Siyasət
Baş verən proseslər fonunda İran özü-özünü ifşa etdi - ŞƏRH
19:38 05.03.2026
Gündəm
Əraqçi Ceyhun Bayramova zəng edib
19:02 05.03.2026
Son dəqiqə
lham Əliyev və Rəcəb Tayyib Ərdoğan telefonla danışdı
18:55 05.03.2026
Gündəm
İranın daxilində anti-Azərbaycan qüvvələr var - Tofiq Zülfüqarov
18:33 05.03.2026
Gündəm
Azərbaycan və İsrail XİN rəhbərlərinin telefon danışığı olub
18:25 05.03.2026
Siyasət
Rusiya və Ukrayna əsirləri dəyişdi
18:18 05.03.2026
Dünya
Rza Pəhləvi: İran rejimi dərhal hakimiyyəti təhvil verməlidir
18:06 05.03.2026
Dünya
Moldova xarici işlər naziri Azərbaycana gəlir
18:00 05.03.2026
Siyasət
İran Azərbaycan sərhədinə silah daşıyırmış...
17:45 05.03.2026
Gündəm
Rusiyada Şahin Şıxlinski və Səfərovlara hökm oxunub
17:33 05.03.2026
Hadisə
Qazaxıstan və Azərbaycan XİN rəhbərləri telefonla danışıb
17:27 05.03.2026
Siyasət