Qatarda dəhşət saçdı
Yusif Nəzərli
03:14 02.11.2021
İqtisadiyyat
849
Əli bıçaqlı adam 17 nəfəri yaraladı
“Şərq” xarici mediaya istinadən bildirir ki, “Batman” filminin mənfi “qəhrəmanı” kimi geyinmiş bir nəfər Tokio şəhərkənarı qatarını qana boyayıb. Əlinə bıçaq almış adam bir anda ortaya çıxaraq qarşısındakı hər kəsə hücum edib, 17 nəfəri yaralayıb. Sonra da əlindəki maddəni (hidroxlorik asit imiş) vaqonun salonuna tökərək atəşə verib.
Hadisə dünyanın ən çox sərnişin olan stansiyası Shinjukuya hərəkət edən Keio ekspress xəttində baş verib. Hadisə dünyanın bir çox ölkələrində qeyd edilən və haqlı təpkilər alan “Cadılar bayramı” günü olub. Qatarda dəhşət saçan adamın görünüşünə görə, şahidlərdən bəziləri onun 24 yaşında, bəziləri isə 60 yaşlı olduğunu söyləyir. Şahidlərdən biri “sanki heç nə hiss etmirdi.
Əlində bıçaq vardı, sonra da laqeydcəsinə vaqonun salonuna maddə tökməyə başladı. Bunları sakit, həyəcansız edirdi. Bu, hər kəsi qorxutdu”, deyib. Adam hadisə yerində fövqəladə hallar əməkdaşları tərəfindən zərərsizləşdirilib.
Barəsində istintaq başlanıb. Şəxsin bu qanlı hadisəni hansı səbəbdən törətdiyi bilinmir. İstintaqa ifadə verən adam “insanları öldürüb ölüm cəzası almaq istəyirəm”, söyləyib. Və deyib ki, bir müddət əvvəl başqa bir qatarda baş vermiş bıçaqlanma hadisəsindən nümunə götürüb. Tokio televiziyasında hadisənin baş verdiyi anlar nümayiş olunub. Sərnişinlər yanan vaqondan dəhşət içində, bağıraraq pəncərələrdən atlayaraq qaçıb canlarını qurtarmağa, polislər, xilasedicilər, təcili yardım həkimləri yaralı sərnişinləri xilas etməyə çalışır.
Dəhşətli hadisə dünən sosial şəbəkələrdə yayılıb. Bütün dünya insanların necə cəhənnəm yaşadığını izləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Yeni təyin olunmuş hakimlər Ali Məhkəmədə and içiblər - FOTO
16:16 12.10.2026
Aktual
Laos Prezidenti Azərbaycana rəsmi səfərə gəlib
15:51 12.10.2026
Gündəm
Qaradağda məktəb direktorunun maşını yandırılıb
15:49 12.10.2026
Hadisə
Azərbaycan Türk Ocağı MÜRACİƏT ÜNVANLAYIB
15:47 12.10.2026
Aktual
Separatizmin sonu ədalət məhkəməsidir - RƏY
15:21 12.10.2026
Aktual
Putin Ukraynada seçki günü atəşkəsə hazırdır
15:12 12.10.2026
Dünya
Babək rayonunda üçəm doğulub
14:54 12.10.2026
Cəmiyyət
Şakira Qırğızıstana 30 milyon dollar qazandıracaq
14:51 12.10.2026
Mədəniyyət
Avropa İttifaqı Rusiyaya qarşı 1600 yeni sanksiya tətbiq edəcək
14:37 12.10.2026
Dünya
Lavrov: Zelenski atəşkəsə layiq deyil
14:31 12.10.2026
Dünya
“Şiddət heç vaxt çıxış yolu deyil” - EKSPERT
14:10 12.10.2026
Cəmiyyət
ATƏT sədri Gürcüstana səfər edəcək
13:56 12.10.2026
Dünya
Rusiyada azərbaycanlıların olduğu gəmi VURULDU
13:30 12.10.2026
Hadisə
“Bu, təhsilin inkişafına xidmət edir” - Misir Mərdanov
13:20 12.10.2026
Elm və Təhsil
Ətin qiyməti ilə bağlı RƏSMİ AÇIQLAMA
13:02 12.10.2026
İqtisadiyyat