
Qiymətlər düşəcək?
06:54 06.12.2023
İqtisadiyyat
1164
Gələn il inflyasiya 6 faizdən aşağı olacaq Mərkəzi Bankın və hökumətin proqnozları realdır
Azərbaycanda makroiqtisadi sabitlik qorunub saxlanıb, inflyasiya tempi azalıb.
Bunu Baş nazir ƏIi Əsədov Milli Məclisin dünən keçirilən iclasında deyib.
Ə.Əsədov qeyd edib ki, Azərbaycanın valyuta ehtiyatları 68.3 milyard ABŞ dolları təşkil edib ki, bu da ÜDM-nin 97 faizinə bərabərdir: “Hökumətin antiinflyasiya tədbirləri, məzənnə sabitliyinin tənzimlənməsi nəticəsində inflyasiya tempi azalıb. 2024-cü ildə inflyasiyanın birrəqəmli olacağı proqnozlaşdırılır. İnflyasiyanın qarşısının alınması və məqbul səviyyədə saxlanılması istiqamətində tədbirlər davam etdiriləcək”.
Millət vəkili Vüqar Bayramov da hesab edir k, 2024-cü il üçün əsas hədəf məhz birrəqəmli inflyasiyanın əldə edilməsidir: “Birrəqəmli inflyasiyanın əldə olunması və optimal saxlanılması çox vacibdir. Çünki nəticə etibarilə bu həm sosial təminat baxımından, həm də vətəndaşların əməkhaqları və pensiyalarının qorunub saxlanılması üçün mühüm məsələdir. Eyni zamanda baş tutacaq artımların sosial təminatına daha çox təsir göstərməsi aspektindən də önəmlidir”.
İdxal inflyasiyasının təsirlərinin yavaş-yavaş azaldığını xatırladan deputatın sözlərinə görə, bu ondan xəbər verir ki, biz 2024-cü ildə qiymətlərin 2023-cü ilə nisbətən daha az artmasını müşahidə edə bilərik. Yəni hazırkı vəziyyətdə inflyasiyanın birrəqəmli olması ilə bağlı imkanlar mövcuddur. Buna görə də 2024-cü ildə inflyasiyanın birrəqəmli olması olduqca gözlənilən və proqnozlaşdırılan əsas məsələdir”.
İqtisadçı-ekspert Xalid Kərimli də “Sherg.az"a açıqlamasında deyib ki, həm Mərkəzi Bankın, həm də hökumətin proqnozuna görə, gələn il inflyasiya 6 faizdən aşağı olacaq:

“Mərkəzi Bankın məlumatına görə isə qarşıdan gələn il inflyasiya göstəricisi 5.3-5.5 faiz olacaq. Hazırda isə Azərbaycanda inflyasiya göstəricisi 10.2 faiz təşkil edir. İlin sonuna qədər isə bu rəqəmin birrəqəmli olacağı, 9.7 faizə düşəcəyi proqnozlaşdırılır.
Ötən il isə Azərbaycanda inflyasiya 15 faizə yaxın idi. Bu illər ərzində biz bu yollardan keçdiyimiz üçün iqtisadiyyata necə təsir edəcəyini də təxmin edə bilirik. Ölkədə, demək olar ki, bütün məhsulların qiymətində artım baş verdi. Yəni bu, bizim üçün sürpriz və yeni bir anlayış deyil. Ona görə də indiki şərtlərlə hökumətin gələn ilin inflyasiya dərəcəsi ilə bağlı verdiyi proqnozları real hesab edirəm. Bu rəqəm beynəlxalq təşkilatların ölkəmiz üçün verdiyi inflyasiya proqnozlarına da təxminən uyğundur. "Fitch Solutions"un məlumatına görə, Azərbaycanda 2024-cü ildə inflyasiya göstəricisi orta hesabla 7.5 faiz təşkil edəcək. Hətta deyərdim ki, hökumətin proqnozunu daha əsaslı hesab edirəm. Ən azı bu proqnozlara nail olmaq üçün prosesin arxasında konkret planlar və bu istiqamətdə həyata keçirilən tədbirlər var. Beynəlxalq təşkilatlar isə sadəcə riyazi modellər əsasında hesablamalar aparır".
Dünyada da inflyasiyanın azalmağa doğru getdiyini xatırladan ekspert qeyd edib ki, Azərbaycanda inflyasiyanın dəyişməsində dünyada baş verən proseslərin rolu önəmlidir: "Çünki Azərbaycan iqtisadiyyatı istehlak mallarının, ərzaq mallarının əhəmiyyətli dərəcədə böyük hissəsini idxal etdiyinə görə və daxili istehsal mallarının da dəyər zəncirinin əhəmiyyətli hissəsi xaricdə olduğuna görə inflyasiya belə proseslərdən də müəyyən qədər asılıdır. Növbəti ildə idxal inflyasiyasının göstəricisi aşağı düşəcəyi üçün MB və hökumətin proqnozları realdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tarixin ən gəlir gətirən aktyoru oldu!
06:42 15.09.2026
Şou
ABŞ-ın xam neft ehtiyatlarının həcmi kəskin azaldı
05:25 15.09.2026
Dünya
Kababla soyuq içkilər qəbul edənlərin diqqətinə!
03:30 15.09.2026
Sağlamlıq
Hikmət Hacıyev Fərhad Pirinççi və nümayəndə heyəti ilə görüşüb
02:50 15.09.2026
Siyasət
NYT: Pentaqonda xaos hökm sürür
02:12 15.09.2026
Aktual
Fransada benzinin qiyməti tarixi rekord vurdu
01:48 15.09.2026
İqtisadiyyat
Azərbaycanda Bilik Günüdür
01:26 15.09.2026
Elm və Təhsil
Bakının azad olunmasından 108 il ötür
00:43 15.09.2026
Tarix
Mauro İkardinin yeni ünvanı bəlli olur
23:59 14.09.2026
Futbol
Ayxan Abbasov millinin heyətini nə vaxt açıqlayacaq?
23:22 14.09.2026
Futbol
Vens: ABŞ husilərlə əlaqə saxlayır
22:41 14.09.2026
Gündəm
Putin bunu düşünməklə yanlış edir - Rutte
22:02 14.09.2026
Siyasət
Naxçıvanda yeni tədris ilində 49 min şagird təhsil alacaq
21:48 14.09.2026
Elm və Təhsil
Netanyahu 23-25 sentyabr tarixlərində Nyu-Yorka səfər edəcək
21:20 14.09.2026
Dünya
Ukrayna Moskvanın razılaşmanı pozmayacağına dair zəmanət istəyir
20:45 14.09.2026
Dünya
“Azərişıq” ASC-nin xidmətləri “mygov”a inteqrasiya edilir
20:27 14.09.2026
Cəmiyyət