Regionlarda da sosial evlər tikiləcək ? – AÇIQLAMA
Fidan Həmişəyeva
10:20 06.09.2019
İqtisadiyyat
689
"Sosial mənzillərin qiymətində azalma varsa, bu, olduqca sevindirici haldır”.
Bu sözləri “Sherg.az” açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib.
Ekspert qeyd edib ki, sosial mənzilləri əldə etmək istəyən ailələrin, xüsusilə gənclərin sayı çoxdur:
“Sosial evlərin sayının artırılması istiqamətində görüləsi işlər var. Yalnız Bakıda yox, müxtəlif regionlarda da belə layihələrin olmasına ehtiyac duyulur. Çünki Bakıya axının qarşısını ala biləcək səbəblərdən biri ola bilər. Bu da kifayət qədər ciddi məsələdir.
Paytaxtda sosial mənzillərin tikilməsi regionlardan axını daha da sürətləndirir. Regionlarda da sosial mənzil layihələri həyata keçirilsə, daha yaxşı olar.
Sosial mənzillərin paylanma şərtləri ilə bağlı müəyyən narazılıqlar da var. Bu məsələdə daha peşəkar yanaşma və ehtiyacı olanların önə çəkilməsi, gənc ailələrə üstünlük verilməsi daha önəmlidir.
Hər halda qiymətlərin düşməsi və mənzillərin əlçatan olması, çox insanların sosial mənzillərdən istifadə imkanlarının yaranması olduqca pozitiv məqamdır”.
Qeyd edək ki, Azərbaycanda sosial evlərin qiyməti azalıb. Mənzil İnşaatı Dövlət Agentliyininilk layihəsi olan Yasamal Yaşayış Kompleksinin 6-13 saylı binalarında 2019-cu il iyulun 12-si və 14-də “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə seçilən ümumilikdə 253 mənzildən 243-nün öz vəsaiti hesabına ödəniş üsulu ilə alqı-satqısı uğurla başa çatdırılıb. Həmin mənzillərdən 29-u iyulun 14-də “Güzəştli mənzil” sistemi vasitəsilə ilk dəfə olaraq gözləmə qaydasında mənzil seçimi etmiş şəxslər tərəfindən əldə edilib. Bu şəxslərdən 25-i mənzili gözləmə qaydasında birinci sırada, 4-ü isə ikinci sırada seçənlərdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Paşinyan Brüssellə yaxınlaşır, Kremlin narahatlığı artıb” - ŞƏRH
17:01 05.03.2026
Siyasət
Güney Azərbaycan Cümhuriyyətinin vaxtı çatıb - ŞƏRH
16:38 05.03.2026
Aktual
İranın Azərbaycana hücumu o deməkdir ki... – “Quardian”
15:14 05.03.2026
Dünya
İran Türkiyədə İncirlik bazasını vurmaq istəyirmiş
15:11 05.03.2026
Gündəm
Dövlət Neft Fondunun rəhbərliyinə təyinat olub
15:06 05.03.2026
Gündəm
Qətər İranın Azərbaycana dron hücumlarını pisləyib
15:04 05.03.2026
Gündəm
Səudiyyə Ərəbistanı İranın Azərbaycana dron hücumlarını qınayıb
15:01 05.03.2026
Gündəm
“Naxçıvana zərbə Azərbaycan və Türkiyəyə mesajdır” - Türk analitik
14:40 05.03.2026
Gündəm
İran Naxçıvana hücumda hansı dronlardan istifadə edib? - DETALLAR
14:37 05.03.2026
Gündəm