Sahibkarlarımız Aİ ölkələrin aqroturizm sahəsində təcrübələri ilə tanış olacaqlar
11:15 04.09.2021
İqtisadiyyat
577
Azərbaycanda Qida Festivalının keçirilməsi davam etdiriləcək.
Bunu "Report"a açıqlamasında İqtisadi-Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirib.
Onun sözlərinə, Şamaxıda Qida Festivalının təşkili nəzərdə tutulur: "Şamaxı, Qobustan, Ağsuda fəaliyyət göstərən fermerlərin, sahibkarların dəvət edilməsi planlaşdırılır. Dağlıq Şirvan regionun qida imkanlarının təqdim edilməsi, fermerlərə və sahibkarlara daha yaxın dəstəyin göstərilməsi nəzərdə tutulur.
Proqram çərçivəsində Şəki, Zaqatala, Dağlıq Şirvanda fəaliyyət göstərən 10 sahibkar, fermer üçün biznes-planların hazırlanması nəzərdə tutulur. Bu biznes-plan əvəzsiz şəkildə tərtib olunacaq. Məqsəd - fermer və sahibkarların fəaliyyətinə dəstək verməkdir".
O əlavə edib ki, Azərbaycan fermerlərin Avropa İttifaqı ölkələrinə səfərlərini təşkil edəcəyik: "Pandemiya şərtlərindən aslı olaraq bu səfərlər 2022-ci ilin əvvələrində baş tutacaq. Şəki, Zaqatala, Dağlıq Şirvanı təmsil edən 10 fermerin Avropa İttifaqına səfəri təşkil ediləcək. Məqsəd Aİ-nin turizm və aqroturizmlə bağlı təcrübəsi ilə yaxından tanış olmaq imkanı yaratmaqdır. Məqsədimiz fermerlərə və kiçik sahibkarlara dəstək göstərməkdir".
Xatırladaq ki, bu gün Şəkidə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və İqtisadi və Sosial İnkişaf Mərkəzi, “Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi və Bolqarıstanın İqtisadi İnkişaf Mərkəzi tərəfindən icra olunan “Məsləhət xidmətləri vasitəsilə aqroturizm, aqrobiznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı” layihəsi çərçivəsində Qida Festivalı təşkil edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq
Azərbaycanda icra başçısı cərimələndi
20:09 27.10.2026
Hadisə
Masazırda zibil həftələrlə daşınmır - ərazini siçovullar bürüyüb
20:08 27.10.2026
Sosial
Alman alpinist Nepalda 1500 metr yüksəklikdən yıxıldı
20:05 27.10.2026
Hadisə
Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
19:55 27.10.2026
Hadisə
Abbas Hüseynov "Qarabağ"dan ayrıldı
19:49 27.10.2026
Futbol
Ceyhun Bayramov Dünya Turizm Təşkilatının Baş katibi ilə görüşüb
19:42 27.10.2026
Siyasət
Ərdoğan və Baxçalı Külliyedə görüşdü
18:58 27.10.2026
Dünya
Qətnamələr güclülərin maraqlarına uyğun gələndə icra olunur - ŞƏRH
18:33 27.10.2026
Gündəm
Putin: Bir sıra beynəlxalq idman təşkilatları əməkdaşlığı dağıdır
18:14 27.10.2026
Dünya