Tarif Şurası Milli Məclisə tabe edilməməlidir
Turan
05:49 06.07.2021
İqtisadiyyat
762
Şuranın formalaşmasında QHT üzvləri, deputatlar və hökumət nümayəndələri iştirak etməlidir
Millət vəkili Razi Nurullayev Tarif Şurasının ləğv edilməsini, səlahiyyətlərinin Milli Məclisə verilməsini təklif edib. Deputat qeyd edib ki, Tarif Şurasının qəbul etdiyi qərarlar ciddi sosial narazılıq yaradır, əsaslandırmalar isə tutarlı deyil. Onun sözlərinə görə, dövlət müəssisələrinə külli miqdarda büdcə vəsaiti ayrılır, ancaq onlar səmərəli işləmirlər: “Dövlət onların götürdüyü kreditləri hələ 20-30 il bundan sonra da ödəyəcək. Yəni bizdən sonra gələn nəsil də onların kreditlərini ödəyəcək. Səmərə və effektivlik varmı?
Bahalaşma ona görədir ki, məhz ayrılan dotasiyalara görə əmək haqlarını və pensiyaları qaldırmaq olmur. Xalq gözünü neft şirkətinə dikib, o belə dövlət büdcəsindən dotasiya alır. 10 milyonluq xalqın hər bir ailəsinin və fərdinin gündəlik yaşayışına təsir edən qərarları 5-6 nəfər yox, xalqı təmsil edən Milli Məclis üzvləri qəbul etməlidir.
İnanıram ki, bu qərarın mənfi təsirini azaltmaq üçün hökumət tərəfindən əlavə sosial qərarlar və paketlər hazırlanacaq. Milli Məclis də bu yöndə lazımi müzakirələri keçirməlidir”. Xatırladaq ki, deputat bu təklifi Tarif Şurasının qazın qiymətini artırma qərarından sonra səsləndirib.
İqtisadçı-alim, keçmiş millət vəkili Nazim Baydəmirli “Şərq”ə açıqlamasında vurğulayıb ki, ümumiyyətlə, dövlət tərəfindən tənzimlənən qiymətlər vətəndaşları həm maliyyə, həm də keyfiyyət baxımından qane etmir. İqtisadçının sözlərinə görə, dövlət orqanları Tarif Şurasında rəhbərin müavinləri səviyyəsində təmsil olunur:
“Problem ondadır ki, ölkədə qərarların qəbul olunma mexanizmi kollegial deyil. SOCAR, "Azərsu", "Azəriqaz", "Azərişıq" və s. qurumların verdikləri xidmətin maya dəyəri hələ də müəmmalı olaraq qalır. Fikrimcə, bu xidmətlərin maya dəyəri kifayət qədər şişirdilir. Ölkə başçısı da bu məqamı qeyd etmişdi və bildirmişdi ki, investisiya layihələri dövlət büdcəsi hesabına aparılırsa, deməli, bu qurumlar öhdəliklərini yerinə yetirə bilmirlər. Üstəlik xarici kreditlərlə borclanırlar və sonra həmin borclar dövlət büdcəsindən ödənilir.
Deputat Razi Nurullayevin təklifini müsbət qarşılamaq olar. Əslində, Milli Məclisin indiki səlahiyyətləri imkan verir ki, hökumət nümayəndələrini, Tarif Şurasının üzvlərini Milli Məclisə çağırsınlar və onlardan qiymət artımının əsaslandırılmasını tələb etsinlər. Amma bunun üçün Milli Məclis həqiqətən xalqı təmsil etməlidir və deputatların özlərinin müstəqilliyi təmin olunmalıdır. İndiki məqamda hansısa addım sadəcə monopolistlərin maraqlarına xidmət edəcək”.
Ekspertin qənaətincə, kommunal xidmətlər göstərən qurumlarda qohumbazlıq, yerlibazlıq amilləri önə çıxır:
“Mənimsəmələr kifayət qədər böyükdür. Qurumlar da məcbur qalırlar ki, izafi xərclərini vətəndaşın boynuna yükləsinlər. Bunu ən asan yol bilirlər. Fikrimcə, Tarif Şurasının formalaşmasında QHT üzvləri, deputatlar və hökumət nümayəndələri iştirak etməlidir. Yəni Şura Milli Məclisə tabe edilməməlidir, sadəcə, formalaşmasında zəruri qurumların təmsilçiləri mütləq yer almalıdır. Tarif Şurasının səlahiyyətləri konkret qanunla müəyyən edilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə parlament seçkisinin ilkin nəticələri açıqlandı
02:18 28.10.2026
Gündəm
Tramp Venesuelanı ABŞ-nin 51-ci ştatı etməyi təklif edib
01:59 28.10.2026
Son dəqiqə
Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər
01:41 28.10.2026
Şou
Tramp İrana zərbə endirməyi ən böyük qərarlarından biri adlandırıb
01:20 28.10.2026
Gündəm
Azərbaycanın dostu da parlamentə düşdü
00:58 28.10.2026
Son dəqiqə
İsraildə seçici fəallığı: 53 ildən sonra ən yüksək nəticə
00:19 28.10.2026
Gündəm
BCM yeni prokurorunu 2027-ci ilin dekabrında seçəcək
00:06 28.10.2026
Gündəm
Bakının bir sıra ərazilərində sabah işıq olmayacaq
23:48 27.10.2026
Cəmiyyət
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
22:45 27.10.2026
Aktual
Ərdoğanla Makron arasında telefon danışığı oldu
22:11 27.10.2026
Gündəm
Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama...
21:43 27.10.2026
Gündəm
Naxçıvanda yeniyetmə bıçaqlandı
21:30 27.10.2026
Hadisə
Tramp seçki saxtakarlığını ifşa edənlərə 1 milyon dollar vəd etdi
20:23 27.10.2026
Dünya
“40 dəfə desən, gerçəkləşər” fikri doğrudurmu?
20:17 27.10.2026
Sağlamlıq