Uşaqpulunun bərpası yenidən gündəmə gəldi: “Bu, indiki dövrün tələbidir”
Banuçiçək Kalbalıyeva
14:04 25.04.2020
İqtisadiyyat
1066
“Odur ki, ilk vaxtlar müəyyən meyarlar əsas götürülməklə ailələrə uşaqpulu verilməsi mümkündür”
“Məncə, üç uşağı olan ailə çoxuşaqlı hesab edilməlidir. Bir çox ölkələrdə belədir"
Milli Məclisdə uşaqpulunun bərpası yenidən gündəmə gətirilib. Parlamentin dünən keçirilən iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli çıxışında təklif edib ki, uşaqpulu bərpa edilsin.
“Əgər biz uşaqpulunu bərpa edə bilsək, yardıma ehtiyacı olan insanların çoxunun problemini həll etmiş olarıq”
Deputatın təklifini "Sherg.az"a qiymətləndirən iqtisadçı- ekspert Rəşad Həsənov uşaqpulunun bərpa edilməsinin indiki dövrün tələbi olduğunu söylədi:
"Uzun müddətdir, bu məsələ müzakirə olunur. Ancaq hökumət müxtəlif layihələr, o cümlədən yardımlarla əhalinin sosial rifahını sabit saxlaya biləcəyinə əsaslanaraq sözügedən təklifdən imtina edir. Nəzərə almaq lazımdır ki, obyektiv səbəblərlə əlaqədar indi insanların vəziyyəti ağırdır. Koronavirus pandemiyası fonunda yaxın gələcəkdə yoxsulluq da yarana bilər. Dövlət bunun qarşısını almaq üçün daha effektiv addımlardan istifadə etməlidir. Çünki sosial təminatın dayanıqlılığı koronavirus dövrünün çağırışlarıdır".
Ekspertin fikrincə, uşaqpulunun ödənilməsi prosesində differensial yanaşmaya ehtiyac var:
"Azərbaycanda 18 yaşına çatmamış uşaqlı ailələrin sayı kifayət qədərdir. Hər ailəyə pul ödənməsi üçün dövlət büdcəsindən 1-1,5 milyard manat vəsait ayrılmalıdır. İqtisadiyyatın durğunluğunu, neft sektoruna dəymiş ziyanı nəzərə almaqla, deməliyik ki, bu, hökumət üçün asan olmaya bilər. Odur ki, ilk vaxtlar müəyyən meyarlar əsas götürülməklə ailələrə uşaqpulu verilməsi mümkündür. Məsələn, uşaqların sayını nəzərə almaq yaxşı olar. Məlumdur ki, ailədə övlad nə qədər çoxdursa, xərclər də o qədər artır. Ona görə bir uşağı olan ailələri bir az sonraya saxlamaq olar. Yaxud da valideynlərdən biri dövlət qulluğunda çalışan ailələrə uşaqpulu verilməyə bilər. Bu məqamlar müəyyən mənada dövlətin yükünü azaltmaq üçündür. Əslində ailələrin sosial rifahını, maddi imkanını da əsas götürmək mümkündür. Lakin təəssüf ki, statistika düzgün aparılmadığına görə, konkret olaraq kimin varlı, kimin kasıb olduğunu demək çətindir".
R. Həsənov, həmçinin bildirib ki, "çoxuşaqlı ailə" anlayışına da düzəliş edilməlidir:
"Qanunvericiliyə görə, 5- dən çox övladı olan ailələrə "çoxuşaqlı ailə" statusu verilir. Amma indi belə ailələr, demək olar, yoxdur. Odur ki, məncə, üç uşağı olan ailə çoxuşaqlı hesab edilməlidir. Bir çox ölkələrdə belədir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Oktyabrın sonu beş BÜRC üçün çox maraqlı olacaq
08:30 29.10.2026
Sosial
"Axios": ABŞ və İsrail İran rəhbərliyinə zərbələr endirə bilər
08:07 29.10.2026
Son dəqiqə
ABŞ-da nüvə obyektində yanğın və radiasiya sızması baş verib
07:15 29.10.2026
Gündəm
Kiçik pomidorlarda böyük təhlükə!
06:10 29.10.2026
Sağlamlıq
“Yaprak Dökümü”nün “Aslı”sı illər sonra
05:35 29.10.2026
Şou
Evdən çıxanda telefonun bu funksiyalarını söndürün
04:24 29.10.2026
Relaks
Hər Cola şüşəsi ömrünüzdən 9 dəqiqə azaldır - Alimlər
03:53 29.10.2026
Sağlamlıq
CENTCOM: Hörmüz boğazı minalardan tamamilə təmizlənib
02:46 29.10.2026
Aktual
2026-cı ilin sözü elan edildi
01:51 29.10.2026
Maraqlı
Serbiya Radio və Televiziyasının baş direktoru istefa verib
00:57 29.10.2026
Dünya
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual