Yağ qiyməti ürəklərə “yağ kimi yayılmır” – Çox bahalaşıb!
Yusif Nəzərli
14:26 12.10.2022
İqtisadiyyat
1033
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yeddi ayında Yeni Zelandiyadan Azərbaycana 28 milyon 864 min dollar dəyərində 4 min 567 ton kərə yağı idxal edilib. Nəticədə Yeni Zelandiyadan gətirilən 1 kiloqram kərə yağının idxal qiyməti 6,31 dollar və ya məzənnəyə uyğun olaraq 10,74 manat təşkil edib. Sözügedən yağların bir kiloqramının qiyməti Azərbaycan bazarlarında 20 manata yaxındır. Rusiya və Gürcüstanda isə həmin kərə yağlarının qiyməti bizdəki qiymətlərdən aşağıdır.
İqtisadçı Xalid Kərimli ölkəmizə idxal olunan kərə yağlarının mövcud satış qiymətləri ilə bağlı “Sherg.az”a danışarkən bildirib ki, buna süni qiymət artımı deyə bilmirik. Çünki süni qiymət artımını inhisarçılar təyin edir. Şəxs bazar payının 33 faizindən çoxuna malikdirsə, tutaq ki, o ölkəmizə gətirilən kərə yağı biznesi üzrə 33 faizdən çox paya sahibdirsə, inhisarçı hesab edilir. Faiz göstəriciləri bundan az olduqda isə o inhisarçı deyil və onun təyin etdiyi qiymət də sünidir:
“Bazarda da hər kəsin təyin etdiyi qiymət süni deyil. Tutaq ki, çox kiçik bir mağaza 20 manata olan məhsulu 30-40 manata satır. Buna süni qiymət artımı demək olmaz. Bazarda kimin hakim mövqeyi varsa, onun təyin etdiyi qiymət süni qiymətdir”.
İqtisadçı vurğulayıb ki, vətəndaşlar idxalı 10 manata başa gələn kərə yağının 20 manata yaxın bir qiymətə satılmasından narazı olsalar da, onlar burdakı vergi məsələlərini bilmirlər:
“Biz idxal qiyməti 6, 31 dollar olan kərə yağının üzərinə neçə faiz əlavə dəyər vergisi gəlib onu araşdırmalıyıq. Çünki əksər halda idxal zamanı məhsulun üzərinə əlavə 35-36 faizə qədər vergi gələ bilir. Taxıl məhsulları idxalında bu olmasa da, yağda var. Ölkəmizə idxal olunan yağ əlavə dəyər vergisindən azad olunmayıb. Ümumiyyətlə, məhsulu ölkəyə gətirən sahibkarın inhisarçı olub-olmadığını bilmədən danışa bilmərik. Biz əvvəlcə yağ idxalında monopoliya var, ya yox onu araşdırmalıyıq. Yağı gətirənlər inhisarçıdırlarsa, burda süni qiymət artımı var. Yox əgər inhisarçı deyillərsə, deməli yoxdur. Bu zaman İqtisadiyyat Nazirliyinin də məsələdə heç bir səlahiyyəti qalmır. O, sahibkara bir söz deyə bilmir. Hər bir halda qiymətlərə baxanda mütləq şəkildə insafən sahibkar xərclərinə də diqqət yetirmək lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Goranboyda əkin sahəsində 22 yaşlı şəxsin meyiti tapıldı
16:42 17.09.2026
Hadisə
100 yaşdan yuxarı insanların sayı 100 mini keçdi - Rekord
16:39 17.09.2026
Maraqlı
Tom Barrak: Ərdoğan və Tramp Nyu-Yorkda görüşəcək
16:33 17.09.2026
Gündəm
Şavkat Mirziyoyev gələn ay Azərbaycana gələcək
16:18 17.09.2026
Gündəm
Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək
16:14 17.09.2026
Gündəm
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq