
Politoloq: İran HƏMAS çətiri altında İsraillə müharibə aparır
11:37 02.04.2024
Dünya
474
Biz çox açıq şəkildə deyirik ki, İran və Hizbullahla müharibə etmək istəyirik. Hələ başa düşmürsüz?
Bu sözləri israilli jurnalist Eddi Kohen X hesabında yazıb.
Mövzu ilə bağlı “Sherg.az”a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi bildirib ki, İsrail hakimiyyəti və onun hərbi rəsmiləri açıq şəkildə baş verən hadisələri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırırlar:
“İsrail baş naziri Benyamin Netanyahu bəyan edir ki, HƏMAS və digər radikal silahlı qruplaşmalar Fələstin bölgəsində neytrallaşana qədər mübarizəni davam etdirəcəklər. HƏMAS-ı isə Hizbullah və Husilər kimi İran hakimiyyətinin dəstəklədiyi də hər kəsə məlumdur. Yəni, İran HƏMAS çətiri altında İsraillə müharibə aparır. Bu müharibənin uzantıları Suriyaya da gəlib çıxır. Dəməşqdə İranın konsulluğu kimi təqdim olunan ərazidə SEPAH-ın yüksək rütbəli zabitləri və general Məhəmməd Rza Zahidinin ölümü həmin silahlı qarşıdurmanın davamıdır. Atəşkəs rejiminin əldə edilməsi müharibənin başlamasına səbəb olan İranın yaratdığı qrupların yenidən regionda qalması deməkdir. Məsələn, İsrail HƏMAS ilə sülhə nail olmağı özünə sığışdırmır. Ona görə də çıxış edirlər ki, HƏMAS-ın əli insanların qanına batıb, onlarla sülh danışıqları mümkünsüzdür. Eyni zamanda HƏMAS regionda İsrail və ABŞ maraqlarının reallaşmasına qarşı olan güclərin təmsilçisidir. İsrail isə perspektivdə təhlükəsizliyinin təmin olunması üçün Fələstin ərasizində bu tip silahlı qruplaşmaların fəaliyyət göstərməsini istəmir”.

Ekspert qeyd edib ki, sülhün əldə edilməsi üçün ilk növbədə HƏMAS və İranın dəstəklədiyi digər qüvvələr regionda ya fəaliyyətlərini dayandırmalı, ya da zərərsizləşdirilməlidirlər:
“Əksi olan halda sülh deyil, müvəffəqəti atəşkəs ola bilər. Müharibə daha çox Fələstin ərazisində gedir və öz yurd-yuvalarından didərgin düşən də Fələstin ərəbləridir. İran da ərəblərdən özünə qalxan kimi istifadə edərək İsrailə qarşı savaş aparır”.
Xatırladaq ki, aprelin 1-i axşam saatlarında İsrail Hərbi Hava Qüvvələri İranın Dəməşqdəki konsulluğunun binasına hücum edib. Hücum nəticəsində bina tamamilə dağılıb, İranın yüksək rütbəli 7 zabiti həyatını itirib. İranlı diplomatlarında öldüyü bildirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Dubaydan Təl-Əvivə uçan daha bir sərnişin təyyarəsi geri dönüb
15:12 30.09.2026
Dünya
DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənilib
15:02 30.09.2026
Hadisə
BMT-dən Ermənistana ciddi iradlar: “Səylərimiz nəticə verdi”
15:01 30.09.2026
Gündəm
Pezeşkian dövlət siyasətini tam müəyyənləşdirmir - Politoloq
14:52 30.09.2026
Gündəm
Peskov: Rusiyada siyasi məhbus yoxdur
14:19 30.09.2026
Dünya
Hörmüz boğazında neft tankeri vuruldu
14:10 30.09.2026
Hadisə
Azərbaycan iqtisadiyyatında böyük sıçrayış... - ŞƏRH
14:06 30.09.2026
Gündəm
İran yeni silahlarla gücünü artırır - Hərbi ekspert
13:25 30.09.2026
Gündəm
Bərdədə 26 yaşlı oğlan qətlə yetirilib, saxlanılan var - YENİLƏNİB
13:08 30.09.2026
Hadisə
Çexiya Rusiya ilə müharibəyə hazırdır
12:35 30.09.2026
Dünya
Bəzi işçilər gəlir vergisindən azad ediləcək
12:34 30.09.2026
Aktual
Ceyhun Məmmədov: Azərbaycanda ailə institutu sıradan çıxa bilər
12:30 30.09.2026
Gündəm
Azərbaycan və İordaniya viza rejimi aradan qaldırılır
12:27 30.09.2026
Gündəm
“Yuventus” artıq İrəvandadır: İtaliya nəhəngi futbol filialı açdı
12:15 30.09.2026
Futbol