Natiq Cəfərli: "Zahid Oruc mənimlə rəqabət aparmaq istəyir, lap yaxşı"
13:36 16.07.2024
Gündəm
526
"Qarşıdakı günlərdə çox maraqlı seçki mübarizəsinin şahidi olacağıq"
Milli Məclisin komitə sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək.
Z.Oruc 33 saylı Xətai 1-ci seçki dairəsindən namizəd olmaq üçün sənədlərini təqdim edib. Qeyd edək ki, həmin dairədən REAL partiyasının icra katibi Natiq Cəfərli də namizədliyini irəli sürüb.
“Sherg.az” Natiq Cəfərli ilə saxlayıb mövzu ilə bağlı fikirlərini öyrənib.
REAL-ın icraçı katibi Zahid Orucun dairəsini dəyişib məhz onun opponenti olmaq istəyinin gözlənilməz olduğunu deyib: “Hər bir vətəndaşın istədiyi dairədən namizədliyini irəli sürmək haqqı var. Lakin maraqlı situasiya odur ki, Zahid Oruc uzun illər öz namizədliyini Bərdədən verib və bir neçə çağırış həmin regiondan deputat seçilib. Görünür, birdən – birə sənədlərini mənim namizəd olduğum dairədən təqdim etməsi parlament seçkilərində məhz mənimlə rəqabət aparmaq istəməsindən qaynaqlanır. Lap yaxşı! Biz rəqabət mühitində seçki prosesinə qoşulmağa hazırıq.
Əminəm ki, qarşıdakı günlərdə çox maraqlı seçki mübarizəsinin şahidi olacağıq. Kim yaxşı işləyib, vətəndaşların problem və qayğılarını obyektiv şəkildə dilə gətiribsə o namizəd də seçicilərin hörmətini və səsini qazanıb deputat olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə