Döşlərini böyütdü keçəl qaldı
Yusif Nəzərli
01:30 12.02.2025
Maraqlı
759
Çexiyalı diş həkimi, 28 yaşlı Barbora Kropackova sinə böyütmə əməliyyatından sonra saçlarını, qaşlarını və kipriklərini itirib. Bu vəziyyətin səbəbinin sinəsinə qoyulan silikon implantlar olduğunu iddia edən gənc qadın əməliyyatdan 4 həftə sonra güzgü qarşısında göz yaşları tökməyə başlayıb.
“Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, döşlərini daha dolğun göstərmək üçün bıçağın altına girən Barbora Kropackova əməliyyatdan dərhal sonra saçlarının seyrəldiyini fərq edib. Silikon implantların alopesiya universalis adlı otoimmün xəstəliyi tətiklədiyini ifadə edən gənc diş həkimi əməliyyatdan sonra özünə inamı daha da itirib. Yaşadığı çətin prosesi izah edən Kropackova duş qəbul edərkən saçlarının ovuc-ovuc tökülərək ayaqlarının altına düşdüyünü görüb. Silikon implantların təsiredici faktor olduğunu ifadə edən Barbora Kropackova, "əməliyyatdan sonra səhhətimdə başqa problemlər də yarandı. Gözüm səyriməyə başladı. Əzələ və oynaq ağrılarım artdı" deyib. Çətin bir mərhələni adladıqdan sonra görünüşü ilə artıq barışdığını bildirən gənc qadın əvvəllər istifadə etdiyi parikdən də imtina edib. Saçlarının tamamilə qırxdıraraq daz başla görünməyə üstünlük verib. Döş implantlarından xilas olduğunu açıqlayan Barbora Kropackova, “sinənizin necə göründüyü o qədər də önəmli deyil. Əgər partnyorunuz sizin görünüşünüzdən razı deyilsə, ona deyin ki, istəyir öz döşlərini düzəltsin, sizinlə işi olmasın”, söyləyərək qadınlara tövsiyə verib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya