
Rusiya bölgədən getmək fikrində deyil: Kreml Ermənistanda Krım ssenarisi hazırlayır
Yusif Nəzərli
01:17 29.07.2025
Cənubi Qafqaz
379
Rusiyanın Gümrüdəki 102-ci hərbi bazası əhəmiyyətli dərəcədə gücləndirilir. Ermənistanın “Hraparak” qəzeti məlumat yayıb ki, son həftələr bazaya çoxlu sayda hərbi texnika və sursat gətirilib. Hər gün bir neçə yük təyyarəsi hərbi yüklə enir. Nəşr bildirib ki, bu çatdırılmaların məqsədi məlum deyil, lakin müxtəlif fərziyyələr irəli sürülür: "Versiyalardan biri budur ki, Moskva Ermənistandan mümkün geri çəkilmə məsələsində zahirən sakit mövqeyinə baxmayaraq, regionda mümkün dəyişikliklərə hazırlaşır". Nəşr həmçinin iddia edir ki, Ermənistan hakimiyyəti baş verənlərdən xəbərdardır, lakin vəziyyəti açıq şəkildə şərh etmir.
Qəzetin iddiasını Sherg.az-a dəyərləndirən politoloq Fuad Abbasov deyib ki, Rusiyanın Ermənistanda hərbi bazasını gücləndirməsi çoxmənalı bir fəaliyyətdir. Ekspert vurğulayıb ki, çoxları bunu Rusiyanın Cənubi Qafqazda yeni müharibə, yeni hərbi qarşıdurma başlatmaq kimi qiymətləndirə bilər:

"Amma hər kəsə bəllidir ki, Rusiya Ukraynada çox zəifləyib. İndiki məqamda Cənubi Qafqazda ikinci cəbhəni açmaq, istər Ermənistana, istərsə də Azərbaycana qarşı hərbi ritorikanı işə salmaq Rusiya üçün çox çətin olacaq. Bu addım Moskva üçün əlverişli qərar olmaz. Ancaq yaddan çıxarmayaq ki, 2014-cü ildə Krım işğal edilərkən eyni şəkildə Krımdakı hərbi bazalara çox sayda rus əsgərləri yerləşdirildi. Rus əsgərləri yavaş-yavaş Krımı tamamilə ələ keçirdi. Nəticə etibarı ilə on ildən çoxdur ki, Krım işğal altındadır. Rusiyanın indiki susqunluğunun hansı mənaya gəldiyini söyləmək çətindir. Nəzərə alaq ki, Paşinyanın Rusiyaya səfərləri aktivləşib. Pərdə arxasında Moskvada görüşlər keçirilir. Bəlkə də, baş nazir Rusiya səfərində, rusiyalı həmkarı ilə görüşdə üzərinə müəyyən öhdəliklər götürüb. Görünür, Kreml Ermənistandakı hərbi bazalarını gücləndirməklə Paşinyan hökumətinə öz mesajın verir".
F.Abbasovun qənaətincə, Kreml göstərir ki, əgər baş nazir Moskva qarşısında götürdüyü vədlərini yerinə yetirməzsə, hərbi bazalar Ermənistan hökumətinə qarşı təsir mexanizmi rolunu oynayacaq:
"Əgər Paşinyan iqtidarı Rusiyanın mövqeyi ilə barışmasa, hakimiyyəti üçün ciddi risklər yaranacaq. Yəni hərbi bazaların gücləndirilməsi İrəvan hökumətinə daha çox siyasi mesajları çatdırmaq, xəbərdarlıq etmək məqsədi daşıyır. Bu, həm də onun göstəricisidir ki, Rusiya Ermənistanda, Cənubi Qafqazda mövcud olmaqda maraqlıdır və iddia edildiyi kimi bölgədən çıxmaq niyyətində deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ermənistan Prezidenti TRIPP qanununu imzaladı
22:12 11.11.2026
Cənubi Qafqaz
İsrail Knesseti parlamentin İş Komitəsinin tərkibini təsdiqləyib
21:46 11.11.2026
Aktual
İsrail ABŞ-nin hərbi yardımından tədricən imtina edəcək
21:22 11.11.2026
Dünya
Kuşner: Rusiya və Ukrayna Əbu-Dabidə mühüm irəliləyiş əldə ediblər
21:13 11.11.2026
Gündəm
Putin Qırğızısran prezidenti ilə görüşdü
20:42 11.11.2026
Region
Rusiyanın ABŞ-dakı səfiri vəfat edib
20:35 11.11.2026
Dünya
Merz Putinlə danışa bilər - əgər bu baş verərsə...
20:27 11.11.2026
Aktual
Ərdoğan COP31-də o lideri qarşılamadı
20:21 11.11.2026
Gündəm
Şəkərli diabet kişilərdə sonsuzluğa səbəb ola bilər
20:18 11.11.2026
Sağlamlıq
Ana və qızının ölümünə səbəb olan 4 boz ayı məhv edildi
20:16 11.11.2026
Hadisə
İspaniyada ümumi tətil keçirilir
19:57 11.11.2026
Dünya
Ermənistan KTMT-də səsvermə hüququndan məhrum edildi
19:50 11.11.2026
Gündəm
Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub
19:44 11.11.2026
Gündəm
Kavelaşvili: Gürcüstan regional sülhə sadiq qalır
19:33 11.11.2026
Region
İspaniyada mitinqlərə görə 300-ə yaxın uçuş ləğv edildi
19:21 11.11.2026
Dünya