Bu gün kitabxanalarda kitablardan sərbəst istifadə etmək mümkün olsa da, Orta əsrlər Avropasında vəziyyət tam fərqli idi. O dövrdə kitablar nadir və çox qiymətli olduğundan oğurluqların qarşısını almaq üçün onlar rəflərə və ya oxu masalarına zəncirlə bağlanırdı.
Sherg.az xəbər verir ki, mətbəənin geniş yayılmadığı dövrdə kitablar əllə köçürüldüyü üçün onların hazırlanması həm uzun vaxt aparır, həm də baha başa gəlirdi. Buna görə də kitabın itirilməsi kitabxanalar üçün ciddi itki sayılırdı.

Zəncir sistemi oxuculara kitabı yalnız müəyyən məsafədə istifadə etməyə imkan verirdi, lakin onu kitabxanadan çıxarmağa icazə vermirdi. Bu üsulun ən yaxşı qorunub saxlanılan nümunələrindən biri İngiltərədəki Hereford Kafedralı Kitabxanasında bu gün də mövcuddur.
Maraqlı məqamlardan biri də kitabların rəflərə tərs düzülməsi idi. Bu, zəncirlərin dolaşmasının qarşısını almaq və kitabların rahat açılmasını təmin etmək məqsədi daşıyırdı.