5 sentyabr - Beynəlxalq Xeyriyyəçilik Günü
Xeyriyyəçi olmaq üçün mütləq varlı olmaq lazım deyil. Vaxtınızı, bacarıqlarınızı, biliyinizi və imkanınız daxilində maddi vəsaiti başqalarına yardım üçün sərf etməklə siz də xeyirxahlıq göstərə bilərsiniz.
Mütəxəssislərin fikrincə, xeyriyyəçiliyin əsasını böyük məbləğlər deyil, insanlara fayda vermək istəyi və sosial məsuliyyət təşkil edir.
Könüllü fəaliyyət, ehtiyacı olanlara ərzaq və geyim yardımı, qanvermə, ianə toplama kampaniyalarına qoşulmaq, istifadə edilməyən əşyaları paylaşmaq və hətta kiminsə hesabını ödəmək belə xeyriyyəçiliyin nümunələridir.
Unutmayaq: bəzən kiçik bir yaxşılıq kiminsə həyatında böyük dəyişiklik yaradır.