İnsult keçirən Xalq artisti özünü yaxşı hiss edir


Xalq artisti, şöhrət ordenli Canəli Əkbərov insult keçirib.
Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən Xalq artistinin səhhəti hazırda stabildir.
Canəli Əkbərovun qızı Təranə xanımla əlaqə saxladıq. «Şərq»ə açıqlamasında Xalq artistinin qızı bildirdi ki, atası bir müddət əvvəl gizli insult keçirsə də, xəbərsiz olublar:
«Atam gizli insult keçirib. Ayaqlarında problem yaranmışdı, yeriyə bilmirdi. Xəstəxanaya yerləşdirdik, həkimlər müayinə etdikdən sonra məlum oldu ki, ayaqları insult keçirdiyi üçün  tutulub. İndi özünü yaxşı hiss edir. Müalicə olunur».
 Xalq artistinin qızı onu da qeyd etdi ki, Heydər Əliyev  Fondu Canəli Əkbərovun xəstəxana xərclərini öz üzərinə götürüb: «Ailəmiz adından Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanıma təşəkkür edirik. Mehriban xanımın göstərişi ilə atamın müalicə xərcləri Fond tərəfindən ödənilir».
 Təranə xanım «Şərq»in müxbiri ilə söhbəti zamanı atasının sənət dostlarına da təşəkkürünü bildirdi: «Xəstəxanaya yerləşən gündən sənət aləmində olan bir çoxları atamın ziyarətinə gəldilər. Yaşlı sənətçilərlə yanaşı, gənc müğənnilər, xanəndələr də atama baş çəkib onun səhhəti ilə maraqlanıblar. Biz ailəmiz adından hər kəsə təşəkkür edirik».