Azərbaycanlı Almaniyada münsifləri heyrətləndirdi


Almaniyanın məşhur "The Voice" müsabiqəsində azərbaycanlı ifaçı səhnəyə çıxıb.

Qafqazinfo xəbər verir ki, Seyran İsmayılov yarışmada Türkiyənin pop ulduzu Mustafa Sandalın repertuarına müraciət edib.

O, "Aya benzer" ifası ilə 4 münsifi özünə çevirə bilib. Seyran azərbaycanlı olduğunu, lakin Almaniyada yaşadığını qeyd edib.

Qeyd edək ki, Seyran  bir neçə dəfə "Eurovision"un Azərbaycan üzrə milli seçim turlarında iştirak edib.