Qubada ana və körpə doğuş zamanı ölüb

Quba Regional Perinatal Mərkəzində doğuş zamanı ana və körpəsi ölüb.

APA-nın Şimal bürosu xəbər verir ki, Xaçmaz rayonunun Hülövlu kənd sakini 2000-ci il təvəllüdlü Nəsirova Samirə Bəhruz qızı doğuş üçün Quba Regional Perinatal Mərkəzə gətirilib. Əməliyyat zamanı o və dünyana gələn köprəsi dünyasını dəyişib. Bu, S.Nəsirovanın ikinci hamiləliyi olub, onun 3 yaşında daha bir övladı var.
Faktla bağlı araşdırma aparılır.