Firəngiz Əlizadə yenidən Bəstəkarlar İttifaqının sədri seçilmək istəyir

"Bu ilin sonuna kimi Bəstəkarlar İttifaqının qurultayı keçiriləcək".

APA-nın məlumatına görə, bunu Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) 85 illiyinə həsr olunmuş Musiqi Festivalı ilə əlaqədar keçirilən mətbuat konfransında ABİ-nin sədri, Xalq artisti Firəngiz Əlizadə deyib.

Sədr bildirib ki, hələ 2018-ci ildə qurultay keçirmək istəsələr də Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illiyi və prezident seçkiləri ilə əlaqədar təxirə salmalı olublar: "Buna görə biz qurultayı 2019-cu ilə keçirmək qərarına gəldik. Bu ilin sonuna kimi qurultayı mütləq keçirəcəyik".

F. Əlizadə onu da vurğulayıb ki, namizədliyi yenidən irəli sürülərsə, sədr seçilməyə hazırdır.

Qeyd edək ki, ABİ-nin sonun qurultayı 2012-ci ildə keçirilib.