İbrahim Borçalı mərhum oğlunun fotosunu paylaşdı:"Can, ay İbrahim..." 

Tanınmış müğənni İbrahim Borçalı bir müddət öncə avtomobil qəzasında dünyasını dəyişən oğlu Rəhim Həsənovun fotosunu paylaşıb.
“Sherg.az” xəbər verir ki, sənətçinin paylaşımı hər kəsi kövrəldib. Onun izləyiciləri ilə yanaşı, sənət dostları da "post"a rəylər yazıblar.
Sahib İbrahimov: "Yaraşıqlı gözəl balam, heyif səndən. Nə deyib, nə danışaq?!"
Bahar Lətifqızı: "Can, ay İbrahim, nur içində yatsın".