Rasim Balayev: "Azərbaycanda özünü məndən yaxşı hiss edən yoxdur"

" Hər şey qaydasındadır. Həkim nəzarəti altında da deyiləm"
 
Xalq artisti, aktyor Rasim Balayev bir neçı gün öncə əməliyyat olunub.

Bu barədə sənətçi özü mediayaya məlumat vermişdi.

Xalq artisti deyib ki, hazırda vəziyyəti normaldır:

"Çəkiliş zamanı dəli bir at məni yerə yıxdı. Ağrıya görə biri deyirdi əməliyyat lazımdır, biri deyirdi lazım deyil, fizioterapiya lazımdır və s. Mənim Bakıda getmədiyim klinika qalmamışdı. Artıq hiss edirdim ki, fizioterapiyanın da güclü təsiri yoxdur və ağrılar günü-gündən ağırlaşır. Sonda belə qərara gəldim ki, əməliyyat olunum".

“Sherg.az” Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) sədri, Xalq artisti Rasim Balayevin səhhəti ilə maraqlanmaq üçün onunla yenidən əlaqə saxlayıb.  Zəngimizə cavab verən  Xalq artistinin ilk sözü bu oldu: "Azərbaycanda özünü məndən yaxşı hiss edən yoxdur. Əməliyyat olundum, elə həmin gün də evə gəldim. Özümü əla hiss edirəm. Hər şey qaydasındadır. Həkim nəzarəti altında da deyiləm. Vəssalam, bu qədər, sağ olun!”.