Flora Kərimova Aslandan yazdı:"Səni hər xatırladıqca..."

Xalq artisti Flora Kərimova avtomobil qəzasında dünyasını dəyişən müğənni Aslan Hüseynovla bağlı paylaşım edib.  
"Sherg.az"   xəbər verir ki, sənətkar mərhumun fotosunu paylaşaraq bunları yazıb:
"Aslan, səni çox sevirəm, oğul. Səni hər xatırladıqca üzümdə bəxş etdiyin təbəssümün vardı. Bu gün yoxluğuna ağlayacağım ağlıma gəlməzdi. Niyəsi, bəlkəsi, kaşkisi olmayan qədərimizi yaşayırıq. Uca yaradandan sənə rəhmət diləyirəm".