Deputatı müğənniyə bağlayan tellər... - VİDEO

Daim deputatlardan cəmiyyətlə əlaqəli mövzularda, yaxud da siyasi məsələlərdə danışmaqlarını istəmişik. Bu dəfə isə  özlərindən bəhs etmələri üçün bir neçə millət vəkili ilə əlaqə saxladıq. Soruşduq ki, ən çox dinlədiyiniz və sevdiyiniz müğənni, yaxud da xanəndə kimdir? Hansı janrda mahnıları bəyənirsiniz?

 Həmsöhbətlərimizdən biri  Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayevdir. Millət vəkili “Sherg.az”a daha çox klassik musiqiyə bağlı olduğunu söyləyib:
 
“Opera musiqisini sevirəm. Teatrlar açıq olanda  tez-tez tamaşalara və operalara gedirdim. İndi də onlayn dinləyirəm və internet üzərindən tamaşaları izləyirəm. Cüzeppe Verdinin bütün operalarına baxmışam, dinləmişəm. Milli musiqimizə də heyranam. İmkan olduqca qarşıma çıxan, xoşuma gələn müğənnilərimizi məmnuniyyətlə dinləyirəm. Muğamın da vurğunuyam. Son bir ayda ən çox Mətanət Əsədovanın  oxuduğu "Qədrini kim bilər" segahını dinləmişəm. Sözləri Telli Pənahqızınındır. Sənət adamları içərisində dostlarım var, onlara rəğbətlə yanaşıram. Hərdən görürəm ki, sənətçilərin üstünə gedirlər, buna üzülürəm”.