““Xarıbülbül” festivalı dünyaya sevgi mesajıdır”

 “Ali Baş Komandanın başçılığı altında 44 günlük zəfər yürüşümüzün mükəmməl nəticəsi olaraq müqəddəs Ramazan Bayramı ərəfəsində tariximizin göz bəbəyi olan Şuşada “Xarı bülbül” festivalının şahidi olduq”.
Bu fikirləri “Sherg.az”a açıqlamasında millət vəkili Ramil Həsən söyləyib.
Parlament üzvü qeyd edib ki, “Xarı bülbül” festivalı bizi düşmən kimi qəbul edən ölkərə göz dağı, dosta isə sevinc verən tarixi bir mesajdır:

“Festivalın Azərbaycandakı bütün xalqları birləşdirərək Şuşada keçirilməsi, atəşfəşanlığın olması və ölkə başçısının mükəmməl nitqi Qarabağın inkişafı və dirçəldilməsi ilə bağlı başlamış proseslərin yeni fazaya keçməsidir. Bu proses tarixi təcəssüm və real bir nəticə kimi festival nəticəsində özünü ortaya qoydu. Festival dövlətimizin daha da güclənib qüvvətlənməsi, Xankəndidə və Qarabağın müəyyən yerlərində hələ də yaşamağa davam edən erməni millətinə mənsub və milli azlıq olaraq yaşayan insanlara da mesaj idi. Yəni dövlətimiz və ölkə başçısı Azərbaycandakı bütün xalqlara qarşı hörmətlə yanaşmaqdadır. Hər kəsin dininə, dilinə, tarixinə və mədəniyyətinə böyük etimad və etibar göstərilməkdədir. Amma mənşəyindən və kimliyindən asılı olmayaraq hamı konstitutiyamız qarşısında bərabərdir. Bu məqam ermənilər üçün də belə bir mesaj idi: Yəni siz Azərbaycan reallığını qəbul edərək reallıqla barışacaqsızsa, cibinizə Azərbaycan pasportunu qoyaraq normal şəkildə yaşamaq niyyətində olacaqsınızsa, dövlətimizin qapıları sonunadək üzünüzə açıqdır. Amma revanşist düşüncələrlə yaşayacaqsızsa, millətimizə zərər vuran bədnam işlərə imza atacaqsızsa, Şuşadakı atəşfəşanlıq bir anda “dəmir yumruğa” çevrilə bilər”.

R.Həsən vurğulayıb ki, ölkə başçısı Qarabağımızda abadlıq və quruculuq işlərinin sürətləndirilməsi, eyni zamanda irimiqyaslı layihələrin Şuşamızdan başlayaraq digər bölgələrimizə sirayət etməsi ilə bağlı addım atdı:

“Əminəm ki, bundan sonra keçiriləcək “Xarı bülbül” festivalı da geniş şəkildə böyük təsir dairəsi ilə yadda qalacaq. Festivalın müqəddəs bayram ərəfəsində keçirilməsi, eyni zamada Yuxarı Gövhər Ağa məscidimizdə bayram namazının qılınması xüsusi əhəmiyyətə malikdir. Dinimizə, milli kimliyimizə, tariximizə və kökümüzə bağlıyıq.

Həmçinin bütün xalqları bir araya gətirməklə bütün dünyaya böyük sevgi mesajını verdik.

Cənab Prezidentin də vurğuladığı kimi, bizi özünə dost görən hər kəsə qapımız açıqdır. “Dəmir yumruğumuz” ölkəmizin ərazi bütövlüyünə təcavüz etmək istəyənlərin başını yetərincə əzməyə qadirdir.

Eyni zamanda dövlətimiz hüquqi və demokratik bir dövlətdir. Qarabağ Azərbaycandır, Şuşa Azərbaycandır! Bölgəmizdəki gözəl nəticələri Ali Baş Komandanın və Birinci Vitse-prezident Mehriban xanımın verdiyi xoşməramlı ideyalar sayəsində görəcəyik”.