Türkiyəli məşhur aktrisa həbs edilə bilər

Türkiyəli məşhur aktrisa Ezgi Molanın vətəndaşı “təhqir etməsinə görə” barəsində həbs cəzası istənilib.

DHA xəbər verir ki, keçən il Batmanda intihar edən İpek Er ölümündən sonra tapılan məktubunda Musa Orxan tərəfindən cinsi təzavüzə məruz qaldığını qeyd edib.

12 ildən çox azadlıqdan məhrum edilməsi tələb edilən M.Orxanın istintaq müddətində sərbəst buraxılmasına qərar verilib.

Aktrisa bu hadisəyə səssiz qalmayıb və sosial media hesabından “Təcavüzçü şərəfsizi sərbəst buraxan vicdanınızda boğulun”, - deyə paylaşım edib.

Onun barəsində “səsli, yazılı və ya video mesajla təhqir” ittihamı ilə 2 il 4 aya qədər həbs cəzası istənilib. İddianamə Ankara Cəza Məhkəməsi tərəfindən qəbul edilib.

Qeyd edək ki, Ezgi Mola Türkiyənin reytinqli “Mahsumlar apartmanı” serialında baş rol ifaçılarından biridir.