Anar Kərimov: "Qəhrəmanlıq salnaməsini yeni nəsillərə ötürmək bizim borcumuzdur"

“Azərbaycan bu gün qalib ordunun bayramını qeyd edir. Biz tarixi günlər yaşayırıq. Buna görə Ali Baş Komandan başda olmaqla Müzəffər Ordumuza təşəkkür edirik”.

APA-nın xəbərinə görə, bunu mədəniyyət naziri Anar Kərimov Vətən Müharibəsinə həsr olunan “Biz” tarixi-sənədli filminin təqdimatında deyib.
O bildirib ki, indi Azərbaycan qalib Azərbaycandır, bundan sonra da belə olacaq: “Bizim borcumuzdur ki, bu qəhrəmanlıq salnaməsini yeni nəsillərə ötürək”.