Xalq artistinin qızı anası üçün gecə saat 12-də sürpriz hazırlayıb

Xalq artisti Nəzakət Teymurovanın ad günüdür.
Axşam.az xəbər verir ki, 49 yaşı tamam olan xanəndəni ilk olaraq qızı Nigar təbrik edib. O, anası üçün gecə saat 12-də sürpriz hazırlayıb.

N.Teymurova həmin anın görüntülərini sosial şəbəkədə paylaşaraq "Varlığım, dünyadakı ən dəyərlim, gözəl qızımın mənə hər il etdiyi sürpriz. Sənin özün mənə ən böyük hədiyyəsən. Təbrikləriniz üçün hər biriniz çox sağ olun" sözlərini qeyd edib.