Nüsrət Kəsəmənlinin nəvəsi müsabiqədə qalib oldu

Mayın 30-da "Miss & Mister Azerbaijan - 2023" Milli gözəllik müsabiqəsinin finalı keçirilib. Müsabiqənin kişi qalibi Cavidan Kəsəmənli seçilib.

"Sherg.az" xəbər verir ki, bu barədə Cavidan Kəsəmənli feysbuk hesabında paylaşım edib.

Qeyd edək ki, Cavidan Kəsəmənli mərhum şair Nüsrət Kəsəmənlinin nəvəsi, Əməkdar artist Rəşad Kəsəmənlinin qardaşı oğludur.
Onu da xatırladaq ki, Cavidan 44 günlük Vətən Müharibəsinin iştirakçısıdır.