Yeni film gəlir: Denni DeVito və Arnold Şvartsenegger birlikdə çalışır

Daha əvvəl "Əkizlər" və "Junior" kimi layihələrdə birlikdə rol alan Denni DeVito və Arnold Şvartsenegger illər sonra yenidən bir araya gəlirlər.

Sherg.az xəbər verir ki, "ET Online"-a danışan DeVito böyük ekranda Şvartsenegger  ilə yenidən birləşmək planlarından danışıb.

Birlikdə rol alacaqları film üçün hazırlıqların getdiyini bildirən Denni DeVito deyib: “Həqiqətən birlikdə çalışmaq istəyirik və uzun müddətdir bu haqda danışırıq. İndi bir şeyin üzərindəyik, yazılmaqda olan  bir ssenarimiz var. Bu gələr-gəlməz daha yaxşı anlayacağıq. Ancaq biz bunu Varner Brothers"-də edəcəyik".

Layihə ilə bağlı heç bir təfərrüat verməyən məşhur aktyor “Deadline” nəşrinə müsahibəsində çəkilişlərin gələn il başlayacağını bildirib.

"Arnold və mən birlikdə işləməyi sevirik, gələn il birlikdə film çəkəcəyik və bunun üzərində işləyirik" deyib DeVito.